Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Rusiya və Türkiyə kritik GÖRÜŞ ƏRƏFƏSİNDƏ

05.03.2020 14:01

İki nazir sonuncu dəfə 14 avqustda Ankarada bir araya gəlmişdi

Об этом сообщает Руспрес

Sabah Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.

A24.Az “Sputnik Azərbaycan”a istinadən verdiyi xəbərə görə, iki nazir Rusiyanın paytaxtı Moskvada bir araya gələrək Suriyanın İdlib bölgəsindəki vəziyyəti müzakirə edəcək.

İki nazir sonuncu dəfə 14 avqustda Ankarada bir araya gəlmişdi.

Lavrov daha öncə Çavuşoğlu ilə İdlibdəki vəziyyətlə bağlı danışıqlara davam etmək niyyətində olduğunu, mülayim müxaliflər istisna olmaqla digər qrupların İdlibdən çıxarılması məsələsində razılığa gələcəyinə ümid etdiyini demişdi.