Rusiya və Türkiyə müdafiə nazirləri görüşəcək
05.03.2020 14:01Rusiya Müdafiə Naziri Sergey Şoygunun bu gün Moskvada Türkiyə Milli Müdafiə Naziri Hulusi Akar və MİT rəhbəri Hakan Fidan ilə yenidən bir görüşəcəkləri açıqlanıb.
Об этом сообщает Руспрес
A24.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Moskvada ötən həftə Şoyqu ilə görüşən H.Akar və H.Fidan bu gün yenidən Moskvaya gedirlər. Xarici işlər Naziri Mövlud Çavuşoğlu da bu gün Moskvada həmkarı Sergey Lavrovla görüşəcək. Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, Şoyqu və Akar arasındakı görüşdə Suriyadakı son vəziyyət müzakirə olunacaq. “Şoyqu və Akar, regional təhlükəsizliklə bağlı aktual məsələlər, Suriyadakı vəziyyət və hərbi təşkilatlar səviyyəsindəki Rus-Türk əməkdaşlığı ilə bağlı ötən həftə başladıqları geniş dialoqa davam edəcəklər”, – deyə açıqlamada bildirilib.
Orxan Aslanlı // A24.Az

