Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Şamaxının yeni icra başçısının DOSYESİ

05.03.2020 14:04

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Şamaxı Rayon İcra Hakimiyyətinə başçı təyin edib. Belə ki, dövlət başçısının imzaladığı sərəncama əsasən, Tahir Nadir oğlu Məmmədov Şamaxının icra başçısı təyin olunub.

Об этом сообщает Футляр от виолончели

A24.az xəbər verir ki, Tahir Məmmədov Bakı Dövlət universitetinin doktorantıdır.

Eurovision” Mahnı Müsabiqəsində Azərbaycan nümayəndə heyətinin üzvü və rəhbəri kimi fəaliyyət göstərib. İctimai Televiziyada departament direktoru olub.

T.Məmmədov Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının daxili nəzarət və audit şöbəsinin müdiri vəzifəsində çalışıb. Bu ilin mart ayında isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Tahir Məmmədovu özünə yeni müşavir təyin etmişdi.

T. Məmmədov Avropa Şurasının Alt Komissiyasında “İnformasiya cəmiyyətinin inkişafı” daimi işçi qrupunun üzvü və  Avropa Yayım Birliyində Azərbaycan təmsilçisi olub, hazırda YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının (IFAP) Azərbaycan Komitəsinin sədridir.