“Skripal 4 NATO ölkəsinin kəşfiyyat agentliyi üçün çalışıb” – İDDİA
05.03.2020 14:06NATO Müttəfiq Komandanlığı Əleyhinə Kəşfiyyat dairəsindən bir mənbə, mart ayında zəhərlənən sabiq rus agenti Sergey Skripalin İttifaqa üzv 4 ayrı ölkə üçün çalışdığını iddia edib.
Об этом сообщает Футляр от виолончели
A24.Az xxarici mediaya istinadən xəbər verir ki, Almaniyada nəşr olunan “Focus” jurnalına danışan NATO Müttəfiq Komandanlığı Əleyhinə Kəşfiyyat Dairəsindən bir mənbə, Sergey Skripalin 4 ayrı İttifaq ölkəsi üçün çalışdığını bildirib. Mənbə, Skripalin rus kəşfiyyat agentliyi GRU-dan bəzi aktiv rus agentlərini aşkar etdiyini qeyd edib. Məqalədə Skripalin, 2012-ci ildə fəal bir Rus casus şəbəkəsi haqqında məlumat vermək üçün İngilis kəşfiyyat agentliyi MI6 agentləri ilə Çexiyanın paytaxtı Praqaya getdiyi bildirildi. İddiaya görə, Skripal, bu agentliklərdən bəzilərini GRU-da çalışdığı dövrdən tanıyırdı.
Məqalədə yer alan bir başqa iddia da Skripalnı 2016-ci ildə Estoniya təhlükəsizlik qüvvələrinə verdiyi məlumatlar 3 Rus casusunun ortaya çıxarılmasına yardımçı olub. Bu agentlər arasında Estoniya ordusundakı rus zabit və atası vardı. Mənbə Skripalin İspaniya Milli Kəşfiyyat Mərkəzinə də məlumat verdiyini irəli sürüb. Qeyd edək ki, Skripal, 1990-cı illərin ortalarında Moskva üçün çalışarkən İngilis kəşfiyyatının tərəfinə keçib və İngiltərəyə yüzlərlə Rus kəşfiyyat agentinin kimliyini verib. 2004-cü ildə Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən (FSB) həbs olunan Skripala 13 il həbs cəzası verilib, əlindəki rütbələri alınıb.
Skripal və 3 digər məhbus agent 2010-cu ildə ABŞ-da məhbus 10 Rus casusla mübadilə edilib. Skripal də dövrün Prezidenti Dmitri Medvedev tərəfindən əfv edildikdən sonra Salisburyeyə köçüb. Skripal və qızı Yuliya mart ayında Salisburydə zəhərlənmişdi. Hadisəyə görə Rusiya günahkar tutulmuşdu.
Orxan Aslanlı

