Sui-qəsdə məruz qalan Şeyx Həmzət Lotu Qulini belə ələ saldı – VİDEO + FOTO
05.03.2020 14:07“Rövşən Lənkəranski”nin keçmiş tərəfdaşı və ortağı olan nüfuzlu çeçen kriminal avtoritet Həmzət Qastemirov video paylaşaraq kriminal avtoritet Lotu Quli ləqəbli Nadir Səlifovu ələ salıb.
Об этом сообщает Футляр от виолончели
Saytımız xəbər verir ki, o, Lotu Qulinin bir neçə ay əvvəl sosial media hesabında açdığı canlı yayımda “Gəncənin vəziyyətini dostum Rəşada tapşırmışam”, – deməsini ələ salıb. Şeyx Həmzət bu barədə iki gün əvvəl şəxsi İnstagram hesabında yazıb.
O, azərbaycanlı kriminal avtoriteti “İnstagram ulduzu” adlandırıb:
“Bunun tərəfdarları deyir ki, sosial şəbəkələrin oğru aləmində yeri yoxdur. Bunun hərəkətinə nə deyirsiniz?, – deyə Qastemirov sual ünvanlayıb.
Xatırladaq ki, bu gün Almaniyada çeçen mənşəli məşhur kriminal avtoritet, “Şeyx Həmzət” ləqəbi ilə tanınan Həmzət Qastəmirova qarşı sui-qəsd edilib. Berlinin Kudamm (Kurfürstendamm) rayonunda baş verən hadisə zamanı bir nəfər ölüb, 1 nəfər isə yaralanıb.
Təcili tibbi yardım maşınları və polis hadisə yerinə cəlb edilib.
Soydaşlarımızın verdiyi məlumatda bildirilir ki, “Şeyx Həmzət” sui-qəsddən sağ qurtula bilib.

