Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Təəssüf ki, Seyid Hüseyn unudulur və yaradıcılığına laqeydlik var” VİDEOMÜSAHİBƏ

05.03.2020 14:08

Bir neçə aydan sonra, konkret olaraq 2016-cı il yanvarın 25-də Azərbaycanın görkəmli ədibi Seyid Hüseynin anadan olmasının 130 ili tamam olur. Çağdaş Azərbaycan nəsrinin, xüsusilə hekayə janrının inkişafı tarixi Seyid Hüseynin adı ilə sıx surətdə bağlıdır. Onun nəsri çağdaş Azərbaycan ədəbiyyatının təşəkkülü və inkişafı dövrünün ən parlaq səhifələrindən biridir. Azәrbaycan dilinin saflığı uğrunda mübarizә aparan nasir, tənqidçi Seyid Hüseynin ötən əsrin 20-ci illərin sonundan 30-cu illərin birinci yarısınadək yazdığı hekayələr o zaman oxucuların dillərində əzbər olub.

Об этом сообщает Футляр от виолончели

Saytımızın əməkdaşı repressiya qurbanı olan nasirin uzun illər yaşadığı İçəri Şəhərdə 1-ci Qəsr döngəsində yerləşən 74 nömrəli evində olub, onun nəvəsi Gülər Hüseynzadə ilə söhbətləşib.Yeri gəlmişkən, ötən əsrin 30-cu illərində Seyid Hüseynlə bərabər 5 nəfər, o cümlədən onun həyat yoldaşı, şairə Ümgülsüm Sadıqzadə də  repressiyanın qurbanı olub.

Bir zamanlar Cəfər Cabbarlı, Hüseyn Cavid və Azərbaycanın digər bir sıra görkəmli ədiblərinin qonaq olduğu ikimərtəbəli 80 kvadratmetrlik evin inşasının da uzun tarixi var.

Gülər Hüseynzadə müsahibəsində yaşadıqları mənzilin tarixindən tutmuş ona danışılan bəzi xatirələrdən söhbət açıb, Seyid Hüseynin həyat və yaradıcılığı ilə bağlı tədqiqatların aparılmamasından və babasına olan laqeydlikdən gileylənib.

Babasının unudulduğunu hiss edən Gülər xanım vaxtilə Seyid Hüseynin, indi isə özlərinin yaşadıqları evin yerləşdiyi küçəyə ədibin adının verilməsini, 74 saylı mənzilin üzərinə onun , eləcə də şairə Ümgülsüm Sadıqzadənin xatirə lövhəsinin vurilmasını istəyir: “Gələn il Seyid Hüseynin anadan olmasının 130 ili tamam olur. Heç olmasa onun yubileyi ərəfəsində belə bir tədbir görülsə çox şad olardıq. Bu evdə həmçinin Seyid Hüseynin bibisi qızı və Azərbaycanın ilk iqtisadçı qadın alimi Səyyarə Rzayeva da yaşayıb. Seyid Hüseyn və həyat yoldaşı öldürüləndən sonra 4 övladlarını həmin Səyyarə xanım saxlayıb və uşaqarı o böyüdüb. Bu evin indiyə kimi qalmasında onun böyük rolu olub”.

G.Hüseynzadə bizimlə söhbətində qeyd edir ki, Azərbaycan ədəbiyyatı tarixində Seyid Hüseynin xüsusi rolu var. müsahibimiz istəyir ki, Seyid Hüseynin yubileyi ərəfəsində silsilə tədbirlər təşkil edilsin, həmçinin ədibin külliyatı nəşr olunsun.

Onun fikrincə, ədibin daha bir böyüklüyü ondadır ki, öldürülmək təhlükəsini bilə-bilə Azərbaycandan çıxmayıb.

Gülər xanımın dediyinə görə, 1937-ci ildə ədəbiyyatşünas alim Salman Mumtaz, eləcə də yaxınları Seyid Hüseynə onu təhlükə gözlədiyini və buna görə də ölkədən çıxmasını məsləhət görürlər: “Deyiblər, görürsən ki, gündə bir nəfəri aparırlar. Səni də belə bir təhlükə gözləyir. Ona görə də burdan çıx get. Amma Seyid Hüseyn onların məsləhəti ilə razılaşmır və belə bir ifadə işlədir: “Qaya uçurulan yerdə toz qopar. Heç bir yerə qaçmağın əhəmiyyəti yoxdur. Nə olacaqsa olsun”. Seyid Hüseyni Şüvəlandakı bağ evindən aparıblar. Nənəmi (Ümgülsüm Sadıqzadə-A.S) isə bir il sonra bu evdən aparıblar”.

Seyid Hüseynin tədqiqatçısı, Azərbaycan Milli Elmlar Akademiyası (AMEA)  M.Füzuli adına Əlyazmalar İnstitutunun “Fars əlyazmaları” şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Könül Nəhmətova da görkəmli ədibə laqeyd münasibətin olduğunu təsdiqləyir.

Alim bildirir ki, nəinki Seyid Hüseynə, eləcə də Abdulla Şaiq, Süleyman Sani Axundova da soyuq münasibət var və onların yaradıcılığı yetərincə işıqlandırılmayıb.

K.Nəhmətova hesab edir ki, adı çəkilən ədiblərin həyat və yaradıcılığı dərsliklərə salınmalı, tədqiaqatlara cəlb edilməli, onların indiyədək işıq üzü görməyən əsərləri üzə çıxarılmalı və cəmiyyətə təqdim edilməlidir.

O, Seyid Hüseynin vaxtilə yaşadığı evinin üzərinə xatirə lövhəsinin vurulmasını və küçəyə ədibin adının verilməsi təşəbbüsünü dəstəklədiyini deyir və bu işin reallaşması istiqamətində özünün də çalışdığını söyləyir.

Saytımız Seyid Hüseynin nəvəsi Gülər Hüseynzadə və ədibin tədqiqatçısı Könül Nəhmətovanın videomüsahibəsini təqdim edir:

Atif Sarıxanlı