Türkiyədə 42-ci mərtəbədən özünü atan azərbaycanlı tələbənin ŞOK GÖRÜNTÜLƏRİ
05.03.2020 14:10Türkiyədə azərbaycanlı oğlan 42 mərtəbəli göydələndən özünü yerə atıb.
Об этом сообщает Футляр от виолончели
A24.az xəbər verir ki, hadisə Konya şəhərində, Feritpaşa Məhəlləsində baş verib. Belə ki, ticarət mərkəzinin 42-ci mərtəbəsindən özünü atan 23 yaşlı azərbaycanlı Tehran A. həmin binaya bitişik restoranın damına yıxılıb.
Yüksək zərbə ilə yıxılan azərbaycanlı oğlanın bədəni damın altı hissəsi ilə tavanın üst hissəsinin arasına girib.
Hadisə yerinə xilasedicilər və polislər cəlb olunub. Ağır xəsarətlər alan yaralı damın altından çıxarılaraq xəstəxanaya yerləşdirilib. Hazırda Konya şəhərində xəstəxanaların birində reanimasiyaya yerləşdirilən azərbaycanlı gəncin komada olduğu bildirilir.
Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirib. Məlumata görə, Tehran A. Konyada universitetlərin birində təhsil alırmış.
A24.az

