Türkiyə Avropanı 3 gündə fəth edər – Qərbin müharibədən qorxub qaçan XALQI – ARAŞDIRMA
05.03.2020 14:10Ötən il “Stratfor”un qurucusu George Friedman verdiyi açıqlamada “türklər almanları günorta saatlarına kimi, fransızları isə əgər ortalığa çıxmağa cəsarət taparlarsa 1 saat içərisində məhv edə bilər” demişdi. Lakin sonra Friedmanın çox pis bir şəkildə yanılmadığı ortaya çıxdı. Beynəlxalq Araşdırma Şirkəti “Gallup”un apardığı “Ölkən üçün müharibəni gözə alarsanmı?” sorğusuna görə, Avropa ölkələrinin vətəndaşları döyüş vəziyyətində havada yelləmək üçün ağ bayraqlarını dünəndən hazırladıqları ortaya çıxdı. Araşdırmaya əsasən, o boyda Almaniyada xalqın sadəcə 18 faizi “Almaniya üçün döyüşərəm” deyib. Fransızların 29 faizi, ingilislərin 27 faizi, ispanların 21 faizi, italyanların isə sadəcə 20 faizi ölkəsi üçün döyüşəcəyini söyləyib. Sorğunun nəticələrinə görə, türklər günün birində səhər tezdən fəth etməyə çıxsalar axşam namazını Bellevue sarayında qıla bilərlər. Fəthin ikinci günündə isə Roma əllərində olar.
Об этом сообщает Роспрес
Güc nümayişi göstərilir, amma ən güclü Türkiyədir…
Rusiya 25 yeni döyüş gəmisi alacağını açıqladı, Çin prezidenti hərbi geyimdə ordusu ilə şou göstərdi. ABŞ nüvə silahından istifadə edəcəyini bildirdi, Şimali Koreya Yaponiyaya raket atdı. Hindistan, ABŞ, Cənubi Koreya, Yaponiya birgə hərbi təlim gerçəkləşdirdi. Türkiyə isə 15 iyul 2016-cı ildə NATO ordusunun hücumunu 5 saat ərzində silahdan istifadə etmədən zərərsizləşdirərək nələr edə biləcəyini göstərdi. Daha sonra “Fırat Kalkanı” ilə 30-40 inkişaf etmiş ölkənin mübarizə apardığı İŞİD-i bir neçə gündə həll etdi. Qətərə sadəcə 150 əsgər göndərərək işğalın qarşısını aldı. Türkiyə ilə bacara bilməyəcəklərini anlayan şeytanlar Pakistana yönəldilər. Pakistan idarəçiliyi isə təslim olmayacağını göstərdi.
2030-cu ildən sonra Türkiyə Qərbin qorxulu kasubuna çevriləcək…
Qərb ölkələrini son 15 ildir narahat edən bir məsələ var: 2030-cu ildən sonra Türkiyə dünyanın ən böyük ölkələrindən biri olacaq. Lakin 2050-ci ildə isə Türkiyənin “dünyanın super gücü” olması üçün qarşısında heç bir maneə yoxdur. Lakin 10 ildir Türkiyəyə qarşı edilən çevrilişlər, türk-kürd, ələvi-sünni qarşıdurmaları, 15 iyul hadisələri bu yüksəlişin qarşısını almaqdadır.
ABŞ məsələni çoxdan həll edib…
Türkiyənin onlar üçün yaratdığı potensial təhlükəni ilk etiraf edən Stratfor”un qurucusu George Friedman oldu. Ötən il verdiyi açıqlamada “Yaponiyadan sonra gördüyüm ikinci güc Türkiyədir. Türkiyə hazırda dünyanın 17-ci ən böyük iqtisadi ölkəsidir. Səudiyyə Ərəbistanından da böyükdür. Hərbi qüvvəsi, əlbəttə ki, İngiltərə xaric olmaqla Avropanın ən güclüsüdür. Almanları günorta saatlarına kimi, fransızları isə əgər ortalığa çıxmağa cəsarət taparlarsa, 1 saat içərisində məhv edə bilər” ifadələrini işlədib.
Avropalılar arxalarına belə baxmadan qaçar…
Friedmanın bu açıqlamasında diqqət çəkən hissə “türklər almanları sadəcə günortaya kimi, fransızları isə 1 saat ərzində məhv edə bilər” olub. davamlı olaraq araşdırmalar aparan və topladığı məlumatlara görə çıxış edən agentin nəyə söykənərək belə danışdığı ortaya çıxıb. Belə ki, “Gallup”un 2015-ci ildə sorğu keçirən zaman əldə etdiyi nəticələrə görə, Avropa ölkələrinin vətəndaşlarının müharibə olduğu zaman arxalarına belə baxmadan qaçacağı ortaya qoyulub. Araşdırmanın ortaya çıxartdığı nəticə isə olduqca qəribədir. Nəticələrə görə, ölkəsi üçün xalqının yarıdan çoxu döyüşməyə hazır olan ölkələrin əksəriyyəti Asya və müsəlman ölkələrindən ibarətdir. Bunun yeganə istisna isə Finlandiyadır. Çünki bu soyuq ölkənin vətəndaşlarının qanında hələ də döyüşçü qanı qalmaqdadır.
Araşdırmaya görə, bu gün Türkiyəyə hər yöndə əngəl yaradan, qarşısına çıxaraq əleyhinə danışan, nə qədər terrorçu varsa, onlara himayədarlıq edən Almaniya sabah müharibə olarsa öz xalqı tərəfindən yarı yolda buraxılacaq. 70 milyonluq əhalisi olan Almaniyada “müharibə olarsa döyüşməyə gedərəm” deyənlərin faiz göstəricisi 18-dir. Hitlerin işğalçı dövründə ölkələrini dərhal təslim edən Fransada da dəyişiklik yoxdur. Onlar da müharibə olarsa “o la la” deyərək qaçmağa üstünlük verəcəklərini deyirlər.
Əgər Çin müharibə edərsə, tarazlıq kəskin dəyişər…
Dünya miqyasında ölkəsi üçün savaşmağı gözə ala biləcək vətənpərvərlərin sayının ən yüksək olduğu ölkə Mərakeş və Fiji olub. Hər iki ölkədə insanların 94 faizi ölkəsi üçün düşünmədən müharibəyə gedəcəyini bildirib. Pakistan, Vyetnam, Banqladeş, Azərbaycan, Papua və Yeni Qvineyada insanların 80 faizindən çoxu döyüşməyə könüllü olan ölkələr olaraq diqqət çəkir. Hindistan, Əfqanıstan və Filipində isə əhalinin 70 faizindən çoxu ölkəsi üçün döyüşməyə hazırdır. Lakin 1,5 milyard əhalisi olan Çin isə əməlli-başlı göz qorxudur. Çünki çinlilərin 71 faizi müharibə olarsa cəbhəyə getməyə hazır olduğunu bildirir, bu isə 1 milyarddan çox insan edir.
ABŞ-lı “Conilər” o qədər “Coni” deyillərmiş…
Araşdırmadan bəlli olur ki, “Hollywood” filmlərində davamlı olaraq vətənsevərlik, millətçilik, cəngavərlik nümayiş etdirən ABŞ istədiyini heç cürə ala bilmir. Hər 100 amerikalıdan sadəcə 56-sı ölkəsində müharibə olarsa, döyüşməyi düşünmür. ABŞ-ın qonşusu olan Meksikada isə xalqın 56 faizi döyüşməyə hazırdır. Həyatlarında müharibə görməyən kanadalılar da döyüşmək istəmir. Lakin Cənubi Amerikada vəziyyət bir qədər fərqlidir. Belə ki, ABŞ torpaqlarına yaxın olan ölkələr döyüşməyə könüllü olduğu halda, ABŞ-dan uzaqlaşdıqca döyüşmək əzmi azalır.
Qəlblərin çempionu Yaponiya…
İkinci Dünya Müharibəsində 2 ədəd atom bombası ilə yerlə bir edilən, uzun müddət ordu yaratması qadağan edilən və özünün texnologiya və zəlzələ mühəndisliyi ilə irəli gedən Yaponiya dünyada olan bütün ölkələr arasında müharibə etməyə könülsüz bir ölkədir. Odur ki, yaponların sadəcə 11 faizi müharibə olarsa, “ölkəm üçün döyüşərəm” deyərək siyahının sonunda yer alır. Siyahıda Yaponiyanı 15 faizlə Hollandiya, 18 faizlə Almaniya, 19 faizlə Belçika və 20 faizlə İtaliya izləyir.
Saytımız müharibə olarsa döyüşməyə hazır olan ölkələrin xalqlarının faiz göstəricilərini təqdim edir:
Gürcüstan – 76 %
Finlandiya – 74 %
Türkiyə – 73 %
Ermənistan – 72 %
Ukrayna – 62 %
Rusiya – 59 %
Kosova – 58 %
İsveç – 55 %
Yunanıstan – 54 %
Polşa – 47 %
Litvya – 41 %
İsveçrə – 39 %
İrlandiya – 38 %
Danimarka – 37 %
Fransa – 29 %
Portuqaliya – 28 %
İngiltərə – 27 %
Bolqarıstan – 25 %
Çexiya – 23 %
Avstraliya – 21 %
İtaliya – 20 %
Belçika – 19 %
Almaniya – 18 %
Hollandiya – 15 %
Firuzə Alimova / MTM

