Venesuela prezidenti: “Çin bizim bacımızdır”
05.03.2020 14:12Venesuela prezidenti Nikolas Maduro 4 avqustdakı sui-qəsd cəhdindən sonra ilk xarici səfərini Çinə edib.
Об этом сообщает Футляр от виолончели
A24.Az xarici mediaya istinadən xəbər verir ki, səfər çərçivəsində bu gün lider Şi Cinping ilə görüşəcək olan Maduro “Çin bizim bacımızdır. Qardaşım Şi ilə görüşəcəyim üçün çox xoşbəxtəm”, – deyə bildirib.
Çinə sonuncu dəfə 2017-ci ilin mart ayında gedən Maduro strateji əlaqələrin genişləndiriləcəyinə dair böyük ümidlər daşıdığını söyləyib. Maduro səfərinin enerji investisiyaları və ticarətə böyük bir təkan verəcəyini düşünür.
Çin Xarici İşlər Nazirliyi sözçüsü Geng Şuang da dünən keçirdiyi mətbuat konfransında “Venesuela hökuməti qısa bir müddət əvvəl cəmiyyətin də müsbət qarşıladığı bir sıra iqtisadi və maliyyə islahatlar aparıb. Venesuelanın sabit inkişafı hamının xeyrinə olar”, – deyə qeyd edib.
Çin, OPEK (Neft İxrac Edən Ölkələr) üzvü Venesuelaya, son on ildə, neft ixracı müqabilində təxminən 50 milyard dollar kredit vermişdi. Venesuelanın Pekinə hazırda 20 milyard dollar borcu var.
Orxan Aslanlı / A24.az

