Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“WhatsApp”dan fayllar bu cür oğurlanır

05.03.2020 14:13

“WhatsApp” messencerindən faylları oğurlayan saxta “Viber” aşkar ediOklib.

Об этом сообщает Футляр от виолончели

A24.Az xəbər verir ki, “ESET” antivirus şirkətinin mütəxəssisi Lukas Stefanko öz “Twitter” hesabında internetdə populyar “Viber” messenceri adı altında maskalanan casus proqramının peyda olması haqda yazıb.

L.Stefanko bu proqramı “Google Play” rəsmi proqramlar mağazası altında maskalanmış saytda aşkar edib. Casus proqramının yaradıcıları “Viber”i mükəmməl şəkildə “kopya”layıblar, məsələn, üzərində “redaksiyanın seçimi” nişanı var, 500 milyondan çox yüklənilməsi, həmçinin istifadəçilər tərəfindən verilmiş orta qiymət (4,3 bal) göstərilib. Saxta “Viber” proqramı aparata quraşdırıldıqdan sonra qurğunun yaddaşında və “SD” kartda fayllara geniş müraciət hüququ istəyir. Casus proqramı iş zamanı “WhatsApp” və “WeChat” messencerlərindən mediafayl, sənədləri, qurğunun yaddaşında olan bütün şəkil və başqa yüklənilmiş faylları gizlicə oğurlayır, həmçinin zəngləri yaza bilər.