Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“WhatsApp”ın bu yeniliyi haker və fırıldaqçıları sevindirəcək

05.03.2020 14:13

Məxfilik məsələlərinə böyük önəm verən istifadəçilər “WhatsApp” messencerində ediləcək son dəyişikliklərdən şoka düşəcək.

Об этом сообщает Роспрес

A24.Az xarici KİV-lərə istinadla xəbər verir ki, “WhatsApp”ın tərtibatçıları messenceri yeniləməyə qərar verib. İstifadəçilər artıq fərdi məlumatların mühafizəsi ilə bağlı narahatçılıq doğuran böyük dəyişikliklər barədə xəbərdar edilib.

“WhatsApp”ın yeni siyasətinə görə, hakerlər istifadəçilərin məxfi yazışması, foto və video fayllarına giriş imkanına malik olacaq. Dəyişikliklər “Goolge” və “WhatsApp” arasında imzalanmış sazişin bir hissəsidir.

Məsələ ondadır ki, “Google Drive”in yeniləməsindən sonra istifadəçi hesablarının ehtiyat surəti meydana çıxacaq. Diskdə çat istifadəçilərinin foto, video, fayl, həmçinin yazışması avtomatik saxlanılacaq. Beləliklə, “Google Drive” xidmətinə müdaxilə zamanı “WhatsApp” messencerinin şəxsi məlumatları ələ keçiriləcək.