Yunanıstanda fövqəladə hal – Meşə yanğınlarını söndürmək olmur
05.03.2020 14:15Yunanıstanın paytaxtı Afinada baş qaldıran yanğında 50 nəfərin dünyasını dəyişdiyi, 6-sı ağır olmaqla 100-ə yaxın insanın xəsarət aldığı bildirilib.
Об этом сообщает Руспрес
Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, artıq Afinada fövqəladə hal elan edilib.
Yunanıstan Avropa Birliyindən də kömək istəyib. Yunanıstanın Milli Təcili Yardım Mərkəzinin sədri Miltiadis Vironas Afinanın şimal-şərqində yerləşən meşəlik sahələrdə başlayan yanğınlarda 50 nəfərin həyatını itirdiyini bildirib. Milli Sağlamlıq İdarə Mərkəzindən verilən açıqlamada isə 6-sı ağır olmaqla 100-ə yaxın insanın xəsarət aldığı qeyd edilib.
Paytaxt Afina daxil olmaqla Attiki bölgəsinin bəzi yerlərində fövqəladə halın elan edildiyi açıqlanıb. Hətta Yunanıstanın baş naziri Aleksis Çipras Bosnya-Hersoqovinaya olan səfərini yarımçıq qoyaraq Afinaya qayıdıb. Çipras ölkədə yaranan vəziyyətlə bağlı nazirlərdən ibarət təcili iclas keçirib. Çipras verdiyi açıqlamasında Yanğına müdaxilə etmək üçün bütün təcili yardım xidmətlərinin səfərbər edildiyini bildirərək “Attikinin həm şərqində, həm də qərbində eyni anda çıxan yanğınlar şübhə yaradır” deyib.
Yüzlərlə ev və avtomobil yanaraq kül olub, yüzlərlə insan ərazilərdən təxliyyə edilib.

