Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Almaniya bu klubunun son üç mövsümdə futbolçularının satışından qazandığı məbləğ açıqlandı

05.03.2020 14:17

Almaniyanın “Borussiya” komandası son üç mövsümdə futbolçularının satışından 476 milyon avro gəlir əldə edib.

Об этом сообщает Футляр от виолончели

Saytımız xəbər verir ki, Dortmund təmsilçisi 2016/17 mövsümündə Henrix Mxitaryan (“Arsenal”, İngiltərə), Mats Hummels (“Bavariya”, Almaniya), İlkay Gündoğan (“Mançester Siti”, İngiltərə) və Yakub Blaşikovskinin (“Volfsburq”, Almaniya) satışından, ümumilikdə, 111 milyon avro qazanıb.

Növbəti mövsümdə klubu tərk edən Usman Dembele (“Barselona”, İspaniya), Pyer-Emerik Obameyanq (“Arsenal”, İngiltərə), Mattias Qinter (“Borussiya”, Münhenqladbax), Emre Mor (“Selta”, İspaniya), Sven Bender (“Bayer”, Almaniya) və Adrian Ramosdan (“Çuntsin Lifan”, Çin) əldə edilən vəsait 251 milyon avro təşkil edib.

Andrey Yarmolenko (“Vest Hem”, İngiltərə), Sokratis Papastatopulos (“Arsenal”, İngiltərə), Mikel Merino (“Nyukasl”, İngiltərə), Qonsalo Kastro (“Ştutqart”, Almaniya), eləcə də bu gün İngiltərə “Çelsi”sinə keçən Kristian Pulişiç klubun büdcəsini 114 milyon avro zənginləşdirib.