Rusiya və Hindistan ABŞ-ın sanksiyalarından “qurtuldu” – Siyasi manevr
05.03.2020 14:19Rusiya və Hindistan silah alış-satışında ( hərbi müqavilələrində) dollar əvəzinə milli pul vahidlərini istifadə etməyə və beləliklə, ABŞ sanksiyalarından qaçmağa qərar verib.
Об этом сообщает Роспрес
A24.Az “Russia Today”ə istinadən xəbər verir ki, Rusiya və Hindistan hərbi müqavilələri öz milli valyutalarını istifadə etməyə qərar verdiklərini açıqlayıblar.
Çünki ABŞ-ın tətbiq etdiyi sanksiyalar iki ölkə arasında 2 milyard dollarlıq müdafiə sazişini ləngidib. Belə olduğu halda iki ölkə problemi bu yolla həll etdiklərini bildirib. Onu da qeyd edək ki, Hindistan 1960-ci ildən bu yana Rusiyanın ən iri silah alıcılarından biridir.

