Türk alim Ermənistandan gələnlər haqda: “5-10 kilo ət gətirib satır və…” – VİDEO
05.03.2020 14:19Türkiyə kanallarından birində türk alim Emin Gurses Ermənistan və Gürcüstandan gələnlərin turist kimi nəzərə alınmasına reaksiya verib.
Об этом сообщает Футляр от виолончели
Saytımız bildirir ki, Emin Gurses Türkiyənin ölkəsinə gələn turistlərin say çoxluğunda Gürcüstan və Ermənistan əhalisinin qeyd edildiyi statistikaya hirslənib.
“Bizim Turizm Nazirliyi turistlərin sayı artır deyə, Gürcüstan və Ermənistandan gələnlərin say çoxluğundan yazıb. Gürcüstandan gələnlər turist deyil, işi, gücü var deyə gəlib gedir, bir günlük alış-veriş edib gedirlər. Və ya bir adam həftədə 5 dəfə gəlib-gedir. Bunlar isə turist kimi sayırlar. Yunanıstan və Bolqarıstandan Ədirnəyə alış-veriş etməyə gələnləri də turist sayırlar. Bu göstəriciləri statistikaya əlavə edirlər, bunlara diqqət etsinlər. Deyirlər ki, Gürcüstandan 200 min, Ermənistandan isə 100 min turist gəlib. Ermənistandan gələnlər işləmək üçün gəlir. Adam 5-10 kilo ət gətirib satır və 1-2 şey alıb gedir. Mənim bildiyim turist başqa bir şeydir, amma onlar buna turist deyirlər”.
Saytımız Türkiyə mediasında yayımlanan videogörüntüləri təqdim etdi:
MTM / A24.az

