Türk siyasətçilər Azərbaycanın ruslara satılmasından danışdı: “Yalnız Azərbaycanı düşünmək lazım deyil” – VİDEO
05.03.2020 14:19Türkiyə kanallarından birində iki türk siyasətçinin Azərbaycan, Türkiyə və sovetlər birliyi ilə bağlı müzakirəsi diqqət çəkib.
Об этом сообщает Роспрес
Saytımız bildirir ki, türk politoloq Doğu Perinçek İngiltərənin Qafqazda qurduğu səddən danışıb. Həmin səddə isə Azərbaycan, Gürcüstan və Ermənistan daxil olub:
“İngiltərə ora türk cümhuriyyəti kimi baxmadı, ingilis cümhuriyyəti kimi baxdı, ingilislərin Qafqaz səddi idi. Daha sonra sovetlər birliyi ilə razılığa gəlib hər iki tərəfdən türk və qızıl ordu onları preslədi. İngilislərin arada qurduğu 3 dövləti – Gürcüstan, Ermənistan və Azərbaycanı İngiltərədən təmizlədi. Mustafa Kamal Paşa “bu Azərbaycandır, türkdür, buna toxunmayın” demədi, çünki orda qalsaydı qurtuluş savaşını qazanmış olmayacaqdıq”.
Siyasətçinin bu fikirlərinə qarşılıq olaraq aparıcı “bəzi Azərbaycan türk millətçiləri bu mövzu ilə bağlı “Türkiyə bizi satdı” deyir” fikirlərini səsləndirib.
Doğu Perinçek isə “əgər o zamanlar Türkiyə sovetlər birliyi ilə iş qurmasaydı, ingilislərin qurduğu Qafqaz səddini yıxmasaydı, Türkiyə İstiqlal savaşında işğal olunardı və ordakı Azərbaycan da ingilislərin işğalı altında qalardı. Yalnız Azərbaycanı düşünmək lazım deyil, əhəmiyyətli olan Türkiyədir. Türkiyə olmadığı zaman, Azərbaycan da olmaz. Bu bir kor millətçilikdir. Hesabsız millətçilik olmaz. Millətçilik elmi əsaslarla olmalıdır” deyə cavab verib.
Saytımız Türkiyə mediasında yayımlanan videogörüntünü təqdim edir:
A24.az / MTM

