Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Üçüncü Dünya Müharibəsi bu ölkələrdə başlayacaq – Siyahı

05.03.2020 14:19

Amerikalı professor, hərbi və milli təhlükəsizlik məsələləri üzrə mütəxəssis Robert Farli 2018-ci ildə Üçüncü Dünya Müharibəsinin başlaya biləcəyi 5 regionu açıqlayıb.

Об этом сообщает Роспрес

A24.Az xəbər verir ki, R.Farlinin siyahısında ilk sırada Şimali Koreya qərarlaşıb. O, Şimali Koreyanın raket sınaqlarının Tramp administrasiyası tərəfindən xoş qarşılanmadığını və adekvat cavabın verilə biləcəyini bildirib.

Üçüncü Dünya Müharibəsinin başlaya biləcəyi regionların siyahısında ikinci sırada Tayvan yer alıb. Belə ki, bir müddət öncə çinli diplomat Li Keksin ABŞ gəmilərinin adaya gələcəyi gün Tayvanı Çinə birləşdirəcəklərini açıqlayıb. R.Farli bu qarşıdurmanın böyük fəlakətə səbəb ola biləcəyini söyləyib.

Amerikalı mütəxəssisin siyahısında üçüncü yerdə Ukrayna qərarlaşıb. O, rəsmi Kiyevdə iqtidara ultrasağ qüvvələrin gəlməsi halında Donbasda vəziyyətin aktivləşəcəyini, nəticədə Rusiyanın Kiyevə ehtimal hücumu nəticəsində Qərbin hərbi kontingenti ilə üzləşəcəyini deyib.

R.Farli dördüncü münaqişə ocağı kimi NATO-nun cənub qanadını göstərir. O, Türkiyənin AB və ABŞ-dan uzaqlaşıb Rusiya ilə yaxınlaşmasının hər hansı fəlakətlərə səbəb ola biləcəyini bildirib.

Nəhayət professor Fars Körfəzində İranla Səudiyyə Ərəbistanı arasında gərgin münasibətlərin Üçüncü Dünya Müharibəsinə gətirib çıxara biləcəyini iddia edib.

Nərmin Kərim