Uşaqların gözünə görünən kabusların sözləri – DƏHŞƏTLİ HEKAƏLƏR 18+ FOTOLAR
06.03.2020 09:08 A24.Az sizə dünyanın dörd bir yanında yayılan və tükürpədən bu hekaylərdən bir neçəsini təqdim edir.
Ölən babası ilə danışan qızcığaz
Atanın danışdığı bu hekayə hər kəsi şoka salır. “Qızım 3-4 yaşında olduğu zamanlarda evdə bir adam gördüyünü söyləyirdi. Kişinin çox mədəni biri olduğunu və onu güldürdüyünü bildirirdi. Bir gün səhər yeməyi yeyərkən astaca əlini uzatdı, gülümsədi və daha sonra yeməyini yeməyə davam etdi. Bir gün ailə fotolarını baxdımız zaman əli ilə atama işarə edib, söhbət etdiyi adamın bu olduğunu söylədi. Qulaqlarıma inana bilmədim çünki atam 7 il əvvəl ölüb” – deyə qızcığazın atası danışıb. Bu hadisə indiyə qədər ailənin sirrini aça bilmədiyi, onları çox düşündürən hadisələrdən biridir.
2 nənəm bizimlə oyun oynayırdı
Об этом сообщает Руспрес
Başqa bir hekayə də çoxlarını dəhşətə salıb. “Anam öldüyü zaman bacım qardaşım uşaqlarına bu xəbəri çatdırmaq üçün evə gəlir. Onlara xəbər verdikdən sonra eşitdiyi sözlər onu şoka salır.”Sən nə danışırsan nənəm burda bütün günü bizimlə oyun oynayıb””.
“Gözləri qaşıqla oyduğumda maraqlı bir səs gəlir”
Bu sözlərlə ailəsini şoka salan daha bir uşaq. Bir gün ana 3 yaşlı qızının otağına gəlir və onun nəyə güldüyünü soruşur. Cavab isə ananı heyrətə salır.
“Önəmli bir şey deyil ana, sadəcə gözlərini oyduğum zaman çıxan səsi xatırladım və məni gülmək tutdu”
Şeylanı görürəm
Bağçaya yenicə getməyə başlayan qızın çəkdiyi foto ananı dəhşətə gətirib. Belə ki, 3 yaşlı qızcığazın çəkdiyi fotonun üzərində böyük və səliqəli hərflərlə “Şeylanı görürəm” deyə yazı yazılıb. “Şeyla qızım doğulmazdan əvvəl dünyasını dəyişən bacımın adı idi. Qızımdan bunu kimin yazdığını soruşduqda sadəcə bilmədiyini söylədi”.
“Bir gün zombi olduğum zaman”
Az yaşlı bir uşağın anasına dediyi söz onu qorxuya salır.
“Ana, bir gün zombi olanda ən çox səni sevdiyim üçün ən axırda səni yeyəcəm”.
“Oğlum müharibədə ölüb”
Ana qızının qəflətən ağlama səbəbini soruşub, aldığı cavab qarşısında dəhşətə gəlib. Azyaşlı anasına bu gün oğlunun müharibədə şəhid olduğu gün olduğunu deyib. Başqa bir gün isə şəkillərdən birində rəfiqəmi mənə göstərib dedi ki,” bu qadın hər gecə yatması üçün ona mahnı oxuyur”. Rəfiqəm isə mən hamilə olan zaman dünyasını dəyişib.
“Cessi otağın bir küncündə dayanıb gülür”
4 yaşındakı qızcığazın gecələr qorxudan yata bilmədiyini görən ana ondan nədən qorxduğunu soruşur. Balaca qızcığaz isə ona otağın küncündə dayanan Cessi adlı qızın ona baxıb güldüyünü söyləyir. Bunu araşdıran ana 19 yaşlı Cessika adlı qızın məhz bu evdə 2004-cü ildə sevgilisi tərəfindən boğularaq öldürüldüyünü öyrənir.
“7 gün komada qalacaqsan”
5 yaşlı oğlan uzun müddət bir boşluğa baxdıqdan sonra atasına- “Sən çox öskürürsən, təcili tibbi yardım gələcək və səni xəstəxanaya aparacaq. 7 gün komada qalacaqsan” – deməsi atanı dəhşətə gətirdi. Çünki bir müddət sonra dediklərinin hamısı başına gəldi.
“Yatağında uşaq görən qadın”
ABŞ-da baş verən bir hadisə polis daxil olmaqla hər kəsi şoka saldı. Miçiqan ştatında yaşayan qadın yuxudan oyandığı zaman yanında 1 yaşlı uşaq görür. Uşağı yanına necə gəldiyini anlamayan qadın polisə xəbər verir. Araşdırmadan sonra uşağın anası tapılır və həmin gecə o evə getmədiyi məlum olur. İndiyə qədər uşağın o evə necə gedib çıxdığı sual altındadır.
“Mənim adımı ona görə qoymusunuz?!
Qadın oğlunun sualı qarşısında şok keçirib.
“Oğluma hamilə olduğum zaman motosiklet qəzasənda həlak olan Cosua adlı dostumun adını qoydum. Bir gün avtomobillə həmin yerdən keçərkən oğlum əlini avtomobildən çölə çıxararaq “adımı bu adama görə qoymusunuz?” dedi. Ondan kimi gördüyünü soruşdum o mənə qəza edib qolu sınan bir adam gördüyünü və ona əl etdiyini söylədi. Təbii ki, orada heç kim yox idi”.

