Vaxtı dəqiqliklə seçilən SƏFİR sui-qəsdi
06.03.2020 09:08Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun ölümü ilə nəticələnən sui-qəsd incə şəkildə hesablanmış hadisədir. Qətl haqqında danışdığımız təhlükəsizlik üzrə mütəxəssislər və diplomatlar, hadisənin birinci hədəfinin Türkiyə-Rusiya əlaqələrinə zərbə vurmaq olduğuna işarə edərək bəzi məqamları vurğulayıblar.
Об этом сообщает Роспрес
Saytımız xəbər verir ki, mütəxəssislər qətl hadisəsinin Türkiyə ilə Rusiya arasındakı əlaqələrin konkret əməkdaşlıq addımları ilə gücləndiyi dövrdə baş verdiyini bildiriblər. İki ölkə Hələbdəki bəşər faciəsinin sona çatması üçün 4 günlük fəaliyyət göstəriblər. Bu fəaliyyətlər də uğurla nəticələnib. Hər iki tərəf dialoq sayəsində geri addım atmağı qəbul etmiş, nəticədə çox sayda hələbli müharibə zonasından köçürülmüşdü.
Türkiyə və Rusiya yalnız Hələbdə deyil, bütün Suriyada atəşkəs, eləcə də siyasi həll üçün görüşləri davam etdiriblər. Türkiyə-Rusiya əlaqələrindəki normallaşma Suriya bölgəsində əldə edilən irəliləyişlər və konkret nəticələr sayəsində doğru istiqamətdə idi.
Sui-qəsd baş verdiyi anlarda xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvaya səfərə hazırlaşırdı. Sui-qəsd hadisəsindən iki saat sonra isə müdafiə naziri Fikri Işık Moskvaya getməliydi. Hələbdə əldə edilən irəliləyiş prezident Ərdoğanla Vladimir Putinin çoxsaylı telefon danışıqları Hələb məsələsində nəticəsini vermiş, Ankara-Moskva xəttində bu dialoqun bütün Suriyada atəşkəs gətirəcəyi ümidi yaratmışdı.

