Vəkilləri terrorçubaşını belə müdafiə edəcəklər
06.03.2020 09:08Müdafiələrində istifadə edəcəkləri faktları üzə çıxan FETO lideri Fəthullah Gülənin vəkilləri 15 iyul dövlət çevrilişində camaat üzvlərinin iştirak etmədiyini deyə bilmədilər.
Об этом сообщает Футляр от виолончели
Saytımız xəbər verir ki, FETO lideri Fətullah Gülənin vəkillərinin irəli sürəcəkləri müdafiə faktları üzə çıxdı. 2014-cü ildən başlayaraq, Gülənin Türkiyəyə qaytarılma ehtimalı ilə bağlı sənədlər hazırlayan vəkillər hansı faktları irəli sürəcəklərini və əllərindəki uydurma sənədləri ABŞ-da mətuatla paylaşdılar.
Vəkillər Maykl Kəmpion Miller və Reyd H. Ueynqarten, Gülənin qaytarılma ehtimalının həqiqətə çevrilməsinə görə qorxularını belə ifadə etdilər: “Bunun bir gün baş verəcəyini, Türkiyənin qaytarılma ilə bağlı rəsmi sənəd göndərəcəyini və ABŞ-ın bu sənədi qəbul edəcəyini heç ehtimal da etməmişdik”.
FETO-nu mümkün qədər müdafiə edəcəklərini qeyd edən vəkillər Gülənin hər cəhətdən qərb tərəfdarı olduğunu iddia etsələr də sonra dərhal barələrindəki ittihamları qəbul edərcəsinə dedilər: “Bəli, Türkiyədə xidmət hərəkatına qarşı rəğbət bəsləyən hakimlər, prokurorlar və polislər vardır”. Lakin FETO-çuların dövlət çevrilişi cinayətində əllərinin olub olmadığını “bilmədiklərini” deyərək bu sualı cavabsız qoyduqlarını da gizlətmədilər.
Müdafiə zamanı əsaslandıqları faktlardan bəhs edən FETO vəkilləri, təşkilatın üzvlərinin bütün ABŞ-da “Çarter” məktəbləri yaratdıqlarını da etiraf etdilər. Vəkillərin ən böyük etirafı isə belə oldu: “Dövlət çevrilişində iştirak edənlər arasında Gülən camaatına rəğbət bəsləyənlər də ola bilər. Lakin ABŞ-ın dəstəklədiyi Gülən məsələyə daxil olduğuna görə bu kifayət edəcək dəlil deyildir”. Vəkillər bununla, dövlət çevrilişini həyata keçirənlər arasında FETO-çuların olmasında özlərini müdafiə etməyəcəklərinə açıq şəkildə işarə etdilər.

