Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

ABŞ-ın kürd sevgisi – Türk torpağı Ərbildə bayraq ucaldırlar

06.03.2020 09:09

ABŞ ictimaiyyətə  Kürdüstanın paytaxtı Ərbildə inşa edəcəyi nəhəng konsulluq binasının planları açıqladı.

Об этом сообщает Руспрес

A24.Az xəbər verir ki, ABŞ-ın ən böyük ikinci konsulluq kompleksi olacaq bina 600 milyon dollara başa gələcək. Ərbil-Şaqlava yolu üzərində yerləşəcək konsulluq 200.000 kvadratmetr ərazidə yerləşəcək.

Dörd il içində tamamlanması planlaşdırılan kompleks İrəvandakı ABŞ-konsulluq binasından daha böyük olacaq.

Kürdüstan Regional Hökumətinin Xarici Əlaqələr İdarəsinin rəhbəri Mustafa Falah bildirib ki, layihə ABŞ-ın 2015-2016-ci illər arasında Ərbildə konsul vəzifəsini icra edən Mattyas Mitman ilə Kürdüstan arasında imzalanan müqaviləyə uyğun tikiləcək.

Qeyd edək ki, 2009-cu ildə 750 milyon dollara Bağdadda 420.000 kvadratmetr ərazidə inşa edilən səfirlik binasının sahəsi Vatikan dövlətinin ərasizi qədərdir.