Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Anasının dişləri üçün həbsə düşən qadın: “Uşaqlarım dedi ki, bəlkə buradan qaçasan?” – VİDEO/FOTO

06.03.2020 09:10

Anasının dişlərini satdığına görə, həbsə düşdü.

Об этом сообщает Руспрес

A24.az-ın məlumatına görə, bu sözləri  məhkum Pərvanə Qurbanova  ARB TVnin “Rezonans” verilişində həyat hekayəsini danışarkən deyib:

“Məni cinayətə sövq edən anamın dişləri oldu. Onun dişlərini düzəltmək istəyirdim. İrana gedib-gəlirdim. Ticarətlə məşğul olurdum. Ora gedəndə rəfiqəmin dostu mənə ünvan verdi. Onun dostu ilə görüşdüm, dedi ki, bu bağlamanı sərhəddən keçirt. 300 manat pul verəcəyini bildirdi. İranın sərhədini keçdim, öz sərhədimizdə dayandım. Polislərə narkotik bağlamasını tanımadığım şəxsə verəcəyimi dedim. Onlar da mənimlə gəldilər. İkimizi də tutdular. Ondan niyə belə etdiyini soruşdum. İçindəkinin nə olduğunu bilmirdim. Mənə demişdilər ki, dərmandır. Balalarımdan ayrı qaldım, 3 uşağım var, tək anam. Anam süpürgəçi işləyir, pensiya alır. Uşaqlarım xəstəxanada olduğumu düşünürdülər. Deməmişdim həbsxanada olduğumu. Uşaqlarım üçün çox darıxıram. Televizora baxmıram ki, bayırdakı həyat üçün lap çox darıxmayım. Buradan çıxan kimi əziyyət çəkib pul qazanacam, anamın dişlərini düzəltdirəcəm. Bir də belə səhv etmərəm. Uşaqlarım mənə dedi ki, bəlkə buradan qaçasan? O biri uşağım dedi ki, anamız böyükdür, pəncərə balaca. Necə çıxsın buradan?!”