Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ankarada Rusiya səfirinin öldürüldüyü sərginin təşkilatçısı həbs olundu

06.03.2020 09:10

Bu gün Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun ölümündə şübhəli bilinən daha bir nəfər həbs olundu.

Об этом сообщает Роспрес

A24.Az Oxu.Az-a istinadən xəbər verir ki, həbs olunan Mustafa Timur Özkan, səfirin öldürüldüyü sərginin təşkilatçısı olub.

Özkan qəsdən adam öldürmədə iştirakda ittiham olunur.

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada – Müasir Sənət Mərkəzində “Rusiya Kalininqraddan Kamçatkaya qədər səyahətçilərin gözü ilə” adlı rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb. Qətli rusiyalı və türkiyəli mütəxəssislərdən ibarət qrup araşdırır.