Autizmli uşaqlar Neftçi FK-nın üzvləri ilə məşq etdi
06.03.2020 09:10Baki Autizm İdman Klubunun üzvləri Neftçi FK-nın təlim məşq bazasında qonaq olublar.
Об этом сообщает Руспрес
Saytımız bildirir ki, klubdan “Panorama.az”a verilən məlumata görə, təlim məşq bazasına gələn autizmli gənc və uşaqlar Neftçi klubunun üzvləri ilə birlikdə məşq ediblər. Bakı Autizm İdman və Yaşam Klubunun direktoru Elnur Məmmədov dəvətə görə Neftçi klubunun üzvlərinə və rəhbərliyə təşəkkür edib:
“Bu uşaqları unutmadıqlarına, bizi bura dəvət etdiklərinə görə, başda Neftçi klubunun rəhbərliyi olmaqla, hamıya təşəkkür edirəm. Autizmli uşaqlar da cəmiyyətin bir üzvüdür. Onları unutmaq və xəstə adlandırmaq olmaz. Biz klubumuzda bu uşaqlara idman vərdişləri aşılamaqla yanaşı, onlara həm də mənəvi dəstək oluruq”, – deyə E.Məmmədov əlavə edib.
Orxan Aslanlı / A24.az

