Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bakıda iranlı həkim gənc xanımın burnunu qorxunc hala saldı – Qaçdı, yoxa çıxdı

06.03.2020 09:13

“Azərbaycanda məkan açıb, insanların həyatı ilə oynayan bir klinika var. Rəhbəri Seyed Mohammad Moinifard Cənubi Azərbaycandan Məshut Enzari adlı bir həkim dəvət etmişdi. Həmin tibbdən xəbərsiz həkim, bacımın burnunu əməliyyat edib və bərbad hala salıb”.

Об этом сообщает Руспрес

A24.Az xəbər verir ki, bunu aparıcı Fizzə İsmayılova  bildirib.

“Bu əməliyyat bacımın səhhətinə də birbaşa təsir etdi. Bizə dedilər ki, 3 ilə tamamilə düzələcək.  Amma zaman keçdi, burunda əyrilik qaldı, üstəgəl artıq ətrafında da  yumru şiş əmələ gəlib.

Bu əməliyyata görə, 2000 AZN pul aldılar. İndi də fırıldağa əl atırlar. Bizə cavab belə vermirlər. Onsuz da bu iş məhkəməyə qədər gedib çıxacaq”- deyə aparıcı öz şikayətində deyib.

Sözügedən klinika ilə əlaqə saxladıq. Bildirildi ki, klinikanın adı və heyəti 5 il bundan əvvəl dəyişib.

“Bizdə hazırda bu tip əməliyyatlar aparılmır. Klinikanın indiki adı Baku Tehran Tibb Mərkəzidir”.

Nərmin Kərim