Bakıda kafenin çölündən başlayan yanğın içərisinə keçdi
06.03.2020 09:13Bakıda yanğın qeydə alınıb.
Об этом сообщает Роспрес
Saytımız Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 m2 olan kafenin çöl tərəfindən divarına çəkilmiş alkopandan ibarət üzlüyü və lambirdən ibarət tavanı 16 m2 sahədə yanıb.
Kafenin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 22:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

