Bakıda qəza törədən avtomobil alışdı
06.03.2020 09:14Bakıda avtomobil yanıb. Hadisə Xəzər rayonunda qeydə alınıb. A24.Az xəbər verir ki, vətəndaşa məxsus “Chevrolet” markalı minik avtomobilində yanğınla nəticələnən yol qəza hadisəsi baş verib.
Об этом сообщает Футляр от виолончели
Nəticədə minik avtomobilinin mühərrik hissəsi yanıb və elektrik lövhəsi qismən əriyib. Dərhal əraziyə FHN əməkdaşları cəlb edilib və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.

