Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bakıda su yaşıl rəngdə gəldi

06.03.2020 09:14

Səbail rayonunda son iki gündür ki, içməli su qara, tünd yaşıla çalan rəngdə, kəskin lilli gəlib.

Об этом сообщает Руспрес

Sakinlərin redaksiyaya göndərdiyi şəkillər dünən gecə saatlarında çəkilib.  Qeyd edirlər ki,  dünən günorta saatlarında su tamamilə tünd yaşıl rəngdə gəlirmiş.

Bununla bağlı Səbail  Su Kanal İdarəsi ilə əlaqə saxladıq. A24.Az-a idarədən verilən məlumata görə, suyun kəskin lilli şəkildə gəlməsinə səbəb Kür çayının lillənməsi ilə bağlıdır.  “Problem qismən aradan götürülüb. Bu gündən başlayaraq içməli su normal rəngdə veriləcək.  Xəttləri boşaltdıq, təmizlədik. Çirkli sular bəzi xətlərdə qalıb. Yaxın zamanda o da təmizlənəcək”.

Vüsalə Əlövsətqızı