Bakıda yeni doğulan körpəni yaşayış binasının blokuna atdılar
06.03.2020 09:14Bakıda qadın dünyaya gətirdiyi körpəsini binalardan birinin giriş blokuna atıb.
Об этом сообщает Футляр от виолончели
Saytımız xəbər verir ki, hadisə Suraxanı rayonu ərazisində qeydə alınıb.
Belə ki, yerli polis idarəsinə binalardan birinin giriş qapısına yeni doğulmuş körpənin zənbilə qoyularaq atıldığı barədə məlumat daxil olub. Dərhal əraziyə yollanan polis əməkdaşları körpəni götürərək müvafiq prosedurları həyata keçiriblər.
Hazırda çölə atılan qız uşağını valideynləri axtarılır.

