Barselona ŞOKDA: 4 ay oynaya bilməyəcək
06.03.2020 09:14
“Barselona” klubu tərəfdarlarına Ousmane Dembeleylə bağlı pis xəbəri verib.
Об этом сообщает Роспрес
A24.Az xarici mediaya istinadən xəbər verir ki, katalon komandası Xetafeni 2-1 məğlub etdiyi oyunun 24-cü dəqiqəsində zədələnən futbolçu 29-cu dəqiqədə oyunu tərk etmək məcburiyyətində qalıb. Barselona klubunun rəsmi internet saytında bildirilib ki, Dembele sol baldırından zədə alıb və yaxın günlərdə Finlandiyada əməliyyat olacaq. Barcelona klubunun məlumatına görə, Fransız oyunçunun meydana qayıtması 3.5 – 4 ay sonra baş tuta bilər. Qeyd edək ki, Dembele, Neymarın PSG-yə transferindən sonra 105 milyon avroya Dortmunddan alınmışdı.
