“Beşiktaş”a şok, ulduz futbolçu klubu tərk edir
06.03.2020 09:14Türkiyənin “Beşiktaş” futbol klubunda Pepenin partnyoru olacağı gözlənilən Marselonun “Lyon”la razılaşması Fransa mediasında böyük səs-küyə səbəb olub.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, Manqala transferində nəticə əldə edə bilməyən “Lyon” “Beşiktaş”ın braziliyalı futbolçusu ilə görüşüb , futbolçu “Klubumla razılaşın, mən gələrəm” cavabını verib.
Fransızlar bu cavabdan ümidlənərək, Türkiyə klubunun yenidən qapısını döyüblər. Marselonun transferi üçün fransızlar 6 milyon avro təklif ediblər. “Beşiktaş”ın istədiyi rəqəm isə 8 milyon avro olub. Marselonu israra trasfer etmək istəyən fransızlar rəqəmə razı olublar. “Lyon” indi qara qartalların cavabını gözləyir.
Marselo isə Fransaya getməkdə qərarlıdır.
Nərmin Kərim

