Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bil Qeyts: “Uşaqlarıma 14 yaşına qədər telefon almamışam”

06.03.2020 09:14

Bil Qeyts 14 yaşına kimi uşaqlarına mobil telefondan istifadəni qadağan etdiyini deyib.

Об этом сообщает Руспрес


A24.Az-ın verdiyi xəbərə görə, “Mirror”a müsahibə verən “Microsoft”un müdiri Bil Qeyts kiçik qızına televizor məhdudiyyəti də qoyduğunu bildirib. O, qızının yatmazdan əvvəl televizor qarşısında keçirdiyi vaxta nəzarət etdiyini deyib.


Dünyanın ən varlı adamı Bil Qeyts müsahibəsində bütün valideynlərə dərs olacaq açıqlamalar verib.
“Yemək zamanı telefonları yanımızda saxlamaq olmaz. 14 yaşına qədər uşaqlarıma telefon almamışam. Başqa uşaqların kiçik yaşlarından telefondan istifadə etdiklərini deyib şikayət edirdilər”.


O həmçinin, texnologiya ilə böyüyən nəslin qarşılaşdığı problemləri yaxından müşahidə etdiyini deyib.
“Uşaqların texnologiyadan istifadəsini məhdudlaşdırmaq lazımdır. Onların bu vasitələrdən hansı formada daha məhsuldar istifadə etdiklərinə nəzarət etməlisiniz. Ev tapşırığı, ya da dostları ilə mesajlaşmaq kimi məsələlərdə, daha çox istifadə etdikləri sahədə məhdudiyyətlər qoymalısınız.
61 yaşlı milyoner Bil Qeyts, Cenifer (20), Rori (17) və Fobe (14) adlı uşaqlarının “Apple”dan, yoxsa başqa markadan istifadə etmələri sualına cavab verməyib.