Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Deputatdan nazirliyin “Tax free” qaydasına ETİRAZ: “Heç bir ölkədə 20%-lik xidmət haqqı görməmişəm”

06.03.2020 09:16

Vergilər Nazirliyinin məlumatına görə, Bakıda keçiriləcək ticarət festivallarında ƏDV (Tax free), əcnəbilərlə yanaşı, yerli vətəndaşlara da qaytarılacaq.

Об этом сообщает Руспрес

A24.Az xəbər verir ki, nazirlik “Tax free” ilə bağlı artıq qaydaları da açıqlayıb.

Nazirliyin məlumatında bildirilir ki, keçiriləcək festivallarda alınan malların ƏDV-sini geri almaq üçün bəzi ticarət mərkəzlərində xüsusi köşklərin qurulması planlaşdırılır. Qaydalara görə, “Tax free”dən yararlanmaq üçün ən azı 100 manatlıq alış-veriş etməlisiz. Festival müddətində ƏDV-nin qaytarılması 3 mərhələdən ibarətdir. Əvvəlcə siz bu imkandan istifadə etmək istədiyinizi satıcıya bildirməlisiz. Sonra şəxsiyyət vəsiqənizi satıcıya təqdim etməlisiz. Satıcı sənəddəki məlumatlarınızı daxil etdikdən sonra 2 nüsxədə imzalanıb möhürlənmiş elektron hesab fakturanı təqdim edəcək. Sənəddə ödədiyiniz ƏDV-nin məbləği və son qayratılma tarixi göstəriləcək.

Məlumatda həmçinin o da qeyd olunub ki, ticarət festivalları dövründə bu mallar üçün ƏDV qaytarılmayacaq:

“Tax free” sistemində olduğu kimi, burada da bir sıra mallar var ki, onlara görə tutulmuş ƏDV qaytarılmır. Buraya aksizli mallar, ərzaq məhsulları, dərman preparatları və tibbi ləvazimatlar, ölkə daxilində satışı ƏDV-dən azad edilən mallar, çərçivəyə salınmamış, emal edilməmiş və ya çeşidlənməmiş qiymətli daşlar, külçə şəklində qiymətli metallar, nəqliyyat vasitələri və onların ehtiyat hissələri aiddir.

Mətbuatda yayılan informasiyalara görə, hansı qaydada almağınızdan asılı olmayaraq ödədiyiniz ƏDV-ni geri alarkən həmin məbləğdən 20 faiz xidmət haqqı çıxılacaq.

“Tax free” xidmətin istifadə üçün xidmət haqqının 20% olması nədərəcə doğrudu? Xidmət haqqı üçün 20%-ın tutulması çoxdurmu? Bu xidmətdən istifadə üçün 100 manat məbləğin seçilməsi iqtisadi baxımdan doğrudurmu? Xarici ölkələrdə bu praktika necə həyat keçirilir?

““Tax free” xidmətdən istifadə yalnız böyük məbləğdə alış veriş edən insanlar üçün sərfəli olacaq” – Vahid Əhmədov

Məsələ ilə bağlı A24.Az-a açıqlama verən Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov “Tax Free” üçün qoyulan minimum məbləğin aşağı olduğunu vurğulayıb:

“Çox adama tətbiq edilən bu “Tax free”dən istifadə etmək sərf etməyəcək. Çünki “Tax free” üçün alış-verişin 100 manat tətbiq olmasında məbləğ aşağıdır. Xaricdə bu məbləğ daha çoxdur hətta bizim pulla müqayisədə 200 manatdan başlayır. 100 manatlıq ticarətin “Tax free”sini almağa heç insanların özləri maraqlı olmurlar. Çünki çox cüzi məbləğ edir. Daha çox yuxarı məbləğdə alış veiş edən də “Tax free”ni almaqda daha çox maraqlı olurlar”.

Deputat bildirir ki, xarici ölkələrdə belə 20%-lik xidmət haqqı yoxdur:

“20%-in tətbiq edilməsi bank əməliyyatları ilə əlaqədar ola bilər. Amma 20% çox yerdə yoxdur. Bank bu prosesdə əməliyyat apardığı üçün gördüyü işə görə 1-2% tutur. Beynəlxalq aləmdə də demək olar ki, eyni bizimki ilə eyni şərtlərdi. Amma ƏDV-ni geri alarkən həmin məbləğdən 20 faiz xidmət haqqı çıxılması istisna olmaqla. Mən bir çox ölkədə olmuşam bilirəm ki, belə bir şey yoxdur. Xarici ölkələrdə 1-2% xidmət haqqı yalnız bank əməliyyatı üçün tutulur”.

Millət vəkilinin sözlərinə görə, “Fax free” istifadə yalnız böyük məbləğdə ticarət edən insanları maraqlandırır ki, aldığı məhsulun vergisinin heç 18%-liyini demirəm, ən azından 15-16%-lik vergisini ala biləcək:

“Bu məbləğ çox olanda onlar üçün əhəmiyyət kəsb edir. Xarici ölkədə olanda alış veriş edəndə “Tax free” çekini alırsan ki, gəlib aeroportdan həmin məhsulların vergisini geri ala biləsən. İnsanları bu yolla alış verişə daha çox maraqlarını cəlb edə bilirlər”.

“Xaricdə ölkə daxilində “Tax free”nin yerli vətəndaşlara tətbiq edilməsini görməmişəm. Ancaq xaricə gedib gələndə çox vaxt free-dən istifadə etmişəm”, – deyə V.Əhmədov əlavə edib.

“Nəhayət ki, Azərbaycanda da “Tax free” xidməti yaranır” – Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərli problemli məsələ ilə bağlı A24.Az-a açıqlamasında bildirdi ki, ölkədə turizmin inkişafı startegiyasının tərkib hissəsi kimi “Tax free” xidmətinin də yayılması normaldır:

“Nəhayət ki, “Tax free” xidməti uzunmüddətdən sonra Azərbaycanda da yaranacaq. Əslində bu addım çoxdan atılmalı idi. Çünki qanunvericilikdə də bu funksiyanın olması çoxdan nəzərdə tutulmuşdu. Sadəcə Azərbaycanın o vaxt bunu tətbiq etməyə ehtiyacı yox idi. Turizmlə bağlı planlar son illər də ciddiyyət qazanmağa başladı. Və müəyyən addımlar atıldı. Və bu da həmin startegiyanın tərkib hissəsi kimi turistlərin aldıqları məhsullara görə “Tax free” xidmətindən istifadə edib, vergini geri almaq məəsələsidir. Bunun fəlsəfəsi də ondan ibarətdir ki, vergilər ölkə ərazisində yaşayan vətəndaşların  rifah halına xərclənməlidir. Əgər xarici turist bunu xərcləyirsə, (əlbətdə söhbət Azərbaycandan getmir, dünya da bunun fəlsəfəsi belədir) həmin ölkədə yaşamırsa,  o vergiləri geri almalıdır. Yəni buna görə “Tax free” tətbiq edilir”.

Natiq Cəfərli xüsusi vurğulayır ki, “Vergilər Nazirliyinin “Tax Free” qaydaları çox çətin və qarışıq dildə yazılıb:

“Onun tətbiq olunarkən yaşanacağı çətinliklər artıq indidən məlumdur. Xidmət haqqının (20%) yüksək tutulması əslində bəzi “Tax free” xidmətindən istifadə etmək istəyən insanların (xüsusilə xarici turistlərin) sonradan bu fikrindən vaz keçməsinə səbəb ola bilər. Yəni Azərbaycanla bağlı o qədər də böyük xarici turistlərin ölkəmizdə alver etdiyini demək düzgün deyil. Çünki Azərbaycanda qiymətlər elə də ucuz deyil. Yerli istehsalda yoxdur. Ölkədə satılan məhsulların böyük əksəriyyəti xaricdə istehsal olunmuş məhsullardır. “Tax free” ilə bağlı məbləğin 100 manat qoyulması, xidmət haqqının 20% olması, fikrimcə turistlərin burda alver etməsinə mane olacaq. Bəlkədə məqsəd də ondan ibarətdir ki, insanlar o qədər də bu xidmətdən daha çox istifadə etməsin və ödənişlərin həcmi azalsın”.

İqtisadçı açıqlamasında nazirliyin “Tax free” qaydalarının müəyyən etdiyi qaydalara əsasən qısa hesablama da apardı:

“Əslində xidmət haqqı üçün 20%-in tutulması çox böyük bir rəqəmdir. Təsəvvür edin, xarici turist ölkədə qaydalarda nəzərdə tutulduğundan 100 manatdan artıq alış – veriş edirsə, onun ƏDV-si cəmi 18 manat edir. 18 manatdan da 20%-i xidmət haqqı kimi tutulursa (bu da 3 manat 60 qəpik),  bunun üçündə müəyyən prosesdur qaylarına görə zaman itirmək lazım gəlirsə, bu həmin xidmətdən istifadə edilməsində marağı daha da azaldır. Heab edirəm ki, nazirliyin tərtib etdiyi bu qaydalara yenidən baxmağa ehtiyac yaranacaq. Və praktikada istifadə olunduqca problemlərin yarandığı görünəcək. Ola bilər ki, praktikada meydana çıxmış problemlər bağlı, müəyyən müddətdən sonra bu qaydalara yenidən baxılsın”.

Qeyd edək ki, Vergilər nazirinin müşaviri – Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktoru, baş vergi xidməti müşaviri Ələkbər Məmmədov ötən gün müsahibəsində bildirmişdi ki, ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərtilə satış həyata keçirmək üçün vergi ödəyicilərinin qeydiyyatı Vergilər Nazirliyi tərəfindən Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə müəyyən edilmiş qaydada aparılır:

“Festival zamanı hər bir alıcı verginin qaytarılması ilə bağlı satıcılar tərəfindən izahlı məlumat əldə edə biləcəklər. Əgər alıcı əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olarsa, satıcı ona ƏDV-nin qaytarılmasının 2-ci qaydası barədə də məlumat verməlidir. Bildiyiniz kimi, «Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası», yəni, qısaca olaraq, “Tax Free” sistemi mövcuddur və alıcı xarici vətəndaş olarsa, ona bu barədə də məlumat veriləcək. Bundan sonra həmin əcnəbi şəxs aldığı mallara görə ödənilmiş ƏDV-nin qaytarılmasını bu qaydalardan birinin tələbləri çərçivəsində özü seçə bilər. Alıcı ƏDV-nin qaytarılması hüququndan istifadə etmək istədikdə satıcı Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalında elektron vergi hesab-fakturası (e-VHF) tərtib edir və bu barədə məlumatları real vaxt rejimində vahid məlumat bazasına ötürür. Alıcı ticarət festivalı dövründə aldığı mallar üzrə ödənilmiş ƏDV-nin qaytarılması məqsədilə müəyyən olunmuş yerlərdə yaradılan xüsusi köşkə yaxınlaşaraq aldığı malların elektron vergi hesab-fakturasını vergi orqanının köşkdə çalışan əməkdaşına təqdim edir. Məlumatlar vahid məlumat bazasında yoxlanıldıqdan sonra avtomatik olaraq risk qiymətləndirməsi aparılır və onun nəticələri əsasında vergi orqanının əməkdaşı tərəfindən mallara baxılmalı olub-olmadığı açıqlanır. Yoxlamanın nəticələrinə uyğun olaraq qaytarılacaq ƏDV məbləği barədə təsdiq qeydi aparılır, sənəd möhürlənib alıcıya təqdim olunur və bu barədə məlumat real vaxt rejimində müvəkkil banka ötürülür. Müvəkkil bank isə vergi orqanı tərəfindən möhürlə təsdiq olunmuş e-VHF-yə əsasən qaytarılmalı olan ƏDV məbləğini alıcının istəyinə uyğun olaraq, elə həmin gün nağd qaydada və ya 10 iş günündən gec olmayaraq milli valyutada (əcnəbilərə münasibətdə milli və ya xarici valyutada) alıcının bank kartına (və ya hesabına) köçürmə qaydasında qaytarır”.

A24.Az saytı məsələyə (Alınan məhsulun ƏDV-sini geri almaq üçün həmin məbləğdən 20 faiz xidmət haqqı çıxılması ilə bağlı) rəsmi münasibət öyrənmək üçün Vergilər nazirliyinə sorğu göndərib.

Məsələni diqqətdə saxlayacağıq…

Xatırladaq ki, Bakıda aprel 10-dan mayın 10-dək ticarət festivalları keçiriləcək.

Orxan Aslanlı