Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Dünyanı xilas edən adam” öldü

06.03.2020 09:17

Soyuq müharibə zamanı Sovet ordusunda xidməti vəzifəsini yerinə yetirən Stanislav Petrov, həmin an böyük bir nüvə fəlakətinin qarşını alıb.

Об этом сообщает Футляр от виолончели

A24.Az BBC Türkiyəyə istinadən xəbər verir ki, Stanislav Petrov keçən ilin may ayında 77 yaşında həyatını itirib. Petrov, 1983-cü ildə çalışdığı erkən nüvə xəbərdarlığı mərkəzində, komputerlərin səhvən ABŞ tərəfindən atılan raketlərin göstərdiyi zaman xidmət başında olub. Polkovnik Petrov öz təşəbbüsü ilə kompüterlərin səhv etdiyini və bu barədə rəhbər şəxsləri xəbərdar etməməyi qərara aldı. Stanislav Petrovun illər sonra ortaya çıxan etdiyi hərəkət, böyük ehtimal ki, nüvə müharibəsinin qarşısını alıb.

Petrovun keçən ilin may ayında evində öldüyü, ancaq ölümü haqqında məlumatın ictimaiyyətə yeni açıqlandığı bildirilib. Petrov 2013-cü ildə BBC Rus-a açıqlamasında bildirmişdi ki, 1983-cü il sentyabrın 26-da səhər saatlarında Amerika tərəfindən raketlərlə atəş edildiyin atıldığı göstərən komputer məlumatlarını görüb: “Raket hücumuna dair bütün məlumatları bilirdim, komandirlərə desəydim, heç kim bir şey söyləyə bilməzdi, tək etməli olduğum şey telefonu əlimə alıb, yuxarı komandanlıq ilə rabitə əlaqəsi saxlayıb bu xəbəri vermək idi. Amma hərəkət edə bilmədim … İsti bir odun sobasının üstündə oturmuş kimiydim”.

Petrov bundan sonra qərargahda xidməti başında olan əsgəri çağıraraq, sistem də bir nasazlıq olduğunu söyləyib. Petrovun qərarı səhv olsaydı, ilk partlayışlar bir neçə dəqiqədə baş verəcəkdi:

“23 dəqiqədən sonra heç bir şeyin baş vermədiyini anladım. Həqiqi bir hücum olsaydı dərhal xəbərdar olardıq”, – deyə Petrov əlavə edib.

Orxan Aslanlı // A24.Az