Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Dünyanın 62 ölkəsindən “Quranı Gözəl Oxumaq” üçün hafizlər gələcək

06.03.2020 09:17

Diyanət İşləri Nazirliyinin 19-23 may tarixində İstanbulda “Türkiyə V Beynəlxalq Hafizlik və Qurani-Kərimi Gözəl Oxuma Yarışması” keçiriləcək.

Об этом сообщает Футляр от виолончели

Saytımızın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, iştirakçılar Quranı gözəl oxumaq üçün yarışacaqlar.

Diyanət İşləri Nazirliyi Mushafları Araşdırma və Qiraət Qurumunun sədri Hafiz Osman Şahin verdiyi açıqlamada, müsabiqənin bu il 19-23 may tarixlərində İstanbulda yerləşən Fatih Məscidində keçiriləcəyini söyləyib.

Şahin, 62 ölkədən 120 nəfərin müsabiqədə iştirak edəcəyini, müsabiqənin mükafatlandırma mərasiminin isə 24 mayda Prezident sarayında keçiriləcəyini qeyd edib.

Hafiz Osman Şahin “Müsabiqə 15 iyul şəhidlərinin xatirəsinə həsr olunacaq və şəhidlərin ruhlarına Quran ziyafəti veriləcək. Bundan başqa Birinci Beynəlxalq Qurani-Kərim Hat müsabiqəsinin mükafatları da sahiblərinə təqdim ediləcək” deyib.