Əhaliyə verilən su içməli deyil? – Dövlət Komitəsindən açıqlama
06.03.2020 09:17Bakı şəhərinə verilən suyun içməli olmaması ilə bağlı yayılan xəbərlər şayiədir.
Об этом сообщает Футляр от виолончели
Bu haqda “Azərsu” ASC-nin ictimaiyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı A24.az-a bildirib.
O deyib ki, su filtrləri satan şirkətlərin bu sahə üzrə heç bir təhsili olmayan gənc əməkdaşlarının qapı-qapı gəzərək (əsasən də axşam saatları) şəbəkədən verilən suyun keyfiyyətsiz olması barədə insanları aldatmaq cəhdləri hələ də davam edir:
“İnsanların diqqətinə çatdırırıq ki, suyun elektroliz cihazı və TDS aparatı ilə yoxlanması sadəcə onları aldatmağa hesablanıb. Elektroliz cihazının təsirindən suyun üzərində yaranan tünd yaşıl rəngli təbəqə suyun tərkibindəki palçığın və çirklənmənin deyil, əksinə onun tərkibindəki mineralların elektroliz yolu ilə oksidləşmə və rediksiya prosesi nəticəsində əmələ gələn yeni maddələrin, onlara xas olan rəng və iyin göstəricisidir. Suyun üzərində belə bir təbəqə əmələ gəlmirsə, deməli bu filtrdən keçirilmiş və mineralları tutulub saxlanılmış “ölü” sudur. TDS aparatı ilə yoxlanılan suyun göstəricisi 1000 ppm-ə qədər olduqda, bu su içməyə yararlı su sayılır. Ancaq filtr satan şirkətlərin əməkdaşları isə insanların bu sahədə bilgilərinin az olmasında sui-istifadə edib yalan məlumatlar verməklə onları aldatmağa cəhd edirlər (şəxsən mən də bir neçə dəfə belə halla qarşılaşmışam).
“Azərsu” ASC olaraq bir daha bəyan edirik ki, bu gün istər Abşeron yarımadasında, istərsə də regionlarda əhaliyə verilən su standartlara tam uyğundur və içməli suyun keyfiyyətinə dövlət nəzarətini Səhiyyə Nazirliyi həyata keçirir”.

