Ehtiyyata buraxılan hərbiçilərlə bağlı qərar – VİDEO
06.03.2020 09:17Məzuniyyət pulu 1994-cü ilin fevral ayının 1-dən 2010-cu ilin iyun ayının 12-ə qədər olan dövrdə həqiqi hərbi xidmətdən ehtiyyata və istefaya buraxılmış hərbiçilərə veriləcək. Onlar xidmət dövründə istifadə etmədikləri məzuniyyətə görə kompensasiya alacaqlar.
Об этом сообщает Роспрес
Kompensasiya almaq istəyən hərbiçilər ərizə ilə aidiyyatı nazirliyə müraciət etməlidirlər. Yalnız müraciət ərizəsi və bir də hərbiçinin qeydiyyatda olduğu səfərbərlik idarəsindən arayış tələb olunur. Əgər həmin hərbi hissələr ləğv edilib və ya sənədləri itibsə, hansısa başqa sənədin təqdim olunması vacib deyil.
Bu qərar neçə il xidmətdə olmasından asılı olmayaraq, 1994-cü ildən 2010-cu ildə ehtiyyata buraxılmış hərbiçilərə şamil edilib.
Nəzərə alsaq ki, hərbi qulluqçunun illik məzuniyyəti 45 gündür və orta bir günə düşən əmək haqqı 20-30 manat arasındadır, onda bir illik məzuniyyət pulu 1200 manata qədər çata bilər.
Bu müraciətlərə komissiya baxacaq. Artıq hərbçilərin müraciətlərinə başlanılıb. Bəzi qurumlar artıq Nazirlər Kabinetinin qərarının icrası ilə məşğuldurlar.
Saytımız mövzu ilə bağlı videosüjeti təqdim edir:

