Ermənistana daha bir Sülh Platforması zərbəsi
06.03.2020 09:18
Ermənistandan olan ictimai fəal Sargis Movsisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda məhz sülh yolu ilə həll olunması vacibliyini qeyd edərək “Ermənistan-Azərbaycan Sülh Platforması”na qoşulduğu barədə bəyanat verib.
Bu barədə A24.Az-a “Ermənistan-Azərbaycan Sülh Platforması”nın mətbuat xidmətindən məlumat veriblər.
Bəyanatda deyilir: “Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə, habelə hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyi bir daha vurğulayıram.
Bu münaqişənin məhz beynəlxalq hüquq çərçivəsində həllinin, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin yerinə yetirilməsinin vacib olduğunu bildirirəm. ATƏT-in Minsk qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayıram.
Yaxın keçmişdə erməni və Azərbaycan xalqlarının birgəyaşayışla əlaqədar ümumi ənənələrinə istinad edərək, çox dərin təəssüf hissi ilə qeyd edirəm ki, erməni və Azərbaycan xalqlarının hazırda bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşıb. Xalqların sülh şəraitində birgəyaşayışını və 25 ildən çox davam edən münaqişənin həllini dəstəklədiyimi, əsas məqsədi Cənubi Qafqaz regionunda sülh və əmin-amanlıq qurmaq, onu saxlamaq olan “Ermənistan-Azərbaycan Sülh Platforması”na dəstəyimi ifadə etmək istəyirəm.
Buna görə də “Ermənistan-Azərbaycan Sülh Platforması”na qoşulduğumu bəyan edirəm!”
Об этом сообщает Руспрес

