Hər kəsin öz həyatı var, amma AMİŞLƏRİNKİ tamam fərqlidir – Amerikanın qeyri-adi XRİSTİAN BİRLİYİ
06.03.2020 09:19Texnologiyanı rədd edən Amrikada yaşayan və sürətlə artan qeyri-adi birlik ilə siz də tanış olun.
Об этом сообщает Роспрес
Saytımızın məlumatına görə, ABŞ-da elektrik və telefondan istifadə etmədən, avtomobilə minmədən və hər cürə texnoloji yeniliyi rədd edərək yaşayan qatı xristian cəmiyyəti olan Amişlərin hekayəsi eşidənləri çox təəccübləndirir. ABŞ-ın Pensilvaniya əyalətində yaşayan Amişlər xristian məzhəbinə qulluq edir. Lakin bunun kimi digər xristian birliklərin başqa yerlərdə yaşamadıqları mənasına gəlmir, ən çox məskunlaşdıqları yer Pensilvaniyadır. Xristian ailənin hekayəsi isə insana 1600-cü illərin sonlarını xatırladır. Belə ki, Amişlər qab və paltarlarını əlləri ilə yuyur, axşamlar isə şam işığında oturmağı tərcih edirlər. Harasa gedən zaman atlı arabalardan və hərdən də velosipeddən istifadə edərək istədikləri yerə gedirlər. Axşama qədər tarlalarında çalışan ailə gün batana yaxın evlərinə qayıdır.
Bundan başqa Amişlər geyimlərini son dəbə uyğun dəyişdirmirlər. Yəni seçdikləri məzhəbə uyğun eyni şeyi geyinirlər. Geyim tərzi fərqli olan Amiş birliyində qadınlar uzun qollu və uzun ətəkli paltarlar geyinir. Qadınlar geyimlərini önlük və XVII əsirdən qalma şapkaları ilə tamamlayırlar. Kişiləri isə işləyən zaman asqılı paltar, günlük həyatlarında isə tünd rəngli paltar geyinərək onlarda şapka taxırlar. Lakin bütün kişilər evləndikdən sonra saqqal saxlayır.
Özlərinə məxsus həyat yaşayan bu xristian birlik vergi vermir, sosial təhlükəsizliklə maraqlanmır və əsgərliyə getmirlər.
1600-cü illərin sonunda islahatlar zamanı doğuluşundan sonra bir uşağın vəftiz olmasının məntiqsiz olduğunu və hər kəsin 18 yaşından sonra öz iradəsi ilə qərar verməsini müdafiə edirdilər.
Katolik kilsəsi isə bu fikrə sərt reaksiya verərək yüzlərlə insanı öldürdü. Amişlər də öldürülən qruplardan biri idi.
Amişlər adını isveçrəli Jacob Ammandan götürüb. Avropanın təzyiqlərindən bezdikləri üçün rahatlığı Amerikada tapıblar.
Özlərinə məxsus kilsədə ibadət etməyi tərcih edən Amişlərin ən çox özəm verdiyi şeylər, daha çox uşaq sahibi olmaq, qonşularla münasibət qurmaq və qohumlarla görüşməkdir. Son 16 ildə 125 mindən 230 minə qalxan Amişlərdə hər ailənin 4-5 uşağı var. Bu artıımla onların 2026-cı ildə 500 min olması gözlənilir.
Rəngli və bəzəkli paltar geyinmirlər. Hər kənddə sadəcə 1 telefon var və ondan təcili məqamlar üçün istifadə edirlər.
Qadınlar evlənənə qədər başlarına qara örtük, evləndikdən sonra ağ papaq tipli örtük bağlayırlar.
Xəstələndikləri zaman xəstəxanaya getmək əvəzinə təbii yollarla müalicə olunmağı üstün tuturlar. Xəstəxanalıq vəziyyət yaranarsa, maddi dəstəyi birlik toplayaraq ödəyir.
Traktordan istifadə etmirlər. Alman dilinin fərqli aksenti ilə danışan və ana dillərini 200 ilə yaxındır qoruyub saxlayan birlik Amerikada da öz dillərində danışırlar. Uşaqlarını ibtidai təhsildən sonra isə məktəbə göndərmirlər.
Yaşadıqları həyat tərzlərinə görə, onların bölgəsinə yerli turist axını çox olur. Lakin onlar bundan çox narahatlıq keçirirlər.
Şəkilləri çəkildiyi zaman ruhlarının uçub gedəcəyinə inanan Amişlər turistlərin onların şəklini çəkməsinə də müsbət yanaşmırlar.
Amişləri narahat etməməyə çalışan turistlər icazə almadan foto və görüntünün çəkilməsinin qadağan olunduğu kəndlərdə Amişlərin həyat tərzlərinə hörmət etməyə çalışır.
Firuzə Alimova

