Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Hollivud aktrisası: “Qurani Kərim mənə rahatlıq verir”

06.03.2020 09:19

Məşhur Hollivud aktrisası Lindsi Lohan İslam dinini seçməsilə bağlı bəzi fikirlərini bildirib.

Об этом сообщает Футляр от виолончели

Saytımız Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur aktrisa Qurani Kərim oxumağın ona rahatlıq gətirdiyini qeyd edib. Aktrisa namaz qıldığını və Ramazanda 3 gün oruc tutduğunu bildirərək deyib: “Küveytli dostumla Ramazan ayında 3 gün oruc tutdum. Çətin olsa da xoşuma gəldi. Özümü çox yaxşı hiss etdim”.

Qollarında Quran tutarkən çəkilmiş fotoşəklinin internetdə geniş yayılması haqqında suala cavab verən Lindi “Məqsədim yalnız əlimdə kitab tutmaq deyildi. Qurani Kərim mənim üçün müəyyən təsəlli, güvəndiyim və özümü rahat hiss etdiyim bir şeydir”, – deyə bildirib.

Proqramda suallara cavab verən Hollivud ulduzu Qurani Kərimdən 15 səhifə oxuduğunu və bəzi surələri ərəb dilində yazmağa çalışdığını da qeyd edib.