Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Millət vəkili məşhur müğənniyə od püskürdü: “Xeyirsiz övladdır…”

06.03.2020 09:22

Cümhuriyyət Xalq Partiyasının (CHP) deputatı müğənni Murat Bozun ünvanına tənqidi sözlər söyləyib.

Об этом сообщает Футляр от виолончели

A24.az xəbər verir ki, tanınmış futbolçu Burak Yılmaz referendum öncəsi sosial media üzərində başlayan “Hə” kampaniyasına qatılaraq “Güclü Türkiyə üçün mən də varam. Murat Boz qardaşım, sən də varsanmı?” fikirlərini söylədiyi videosunu sosial mediada paylaşıb.

Müğənni Murat Boz futbolçunun çağırışına belə cavab verib: “Burak salam, çağırışını aldım. Güclü bir Türkiyə üçün mən də varam. Əbdülqadir, sən də varsanmı?”.

Ereğli ilçəsində doğulub böyüyən Murat Bozun bu paylaşımına əsəbləşən həmyerlisi CHP Zonquldak millət vəkili Ünal Dəmirtaş müğənninin ünvanına kəskin fikirlər söyləyib. Partiyada çıxışı zamanı Ünal Dəmirtaş idman spikeri Rıdvan Dilmenin sosial mediada başlatdığı “Hə” kampaniyasına qoşulan həmyerlisini qınayıb.

Deputat qeyd edib ki, Murat Bozun bu kompaniyaya qoşulmaqda əsas məqsədi bələdiyyələrdən konsert proqramı üçün icazə ala bilməkdir: “Bəzi tərəfdar sənətçilər və idman adamları ortaya çıxdı. Təəssüf edici hadisə odur ki, onlar arasında Ereğlinin bir övladı da var. Türkiyədə bilinən, sevilən çox dəyəli bir sənətçidir əslində. Musiqisi ilə Türkiyəyə özünü qəbul etdirmiş bir sənətçidir. Atasını hər kəs tanıyır. Sosial demokrat və Atatürkçü bir insandır. Anası illərlə müəllimlik edib, Atatürkçü və respublikaçıdır. Minlərlə respublikaçı gənc yetişdirib, amma Murat Boza baxırıq. Təəssüf ki, bələdiyyələrdən konsert alsın, tərəfdaş televiziyalarda çıxsın deyə “hə” kompaniyasının içinə girib. Belə minlərlə Atatürkçü və respublikaçı gənc yetişdirən ananın övladı üçün “xain övlad” demək doğru deyil. Çünki bu yanlış olar, amma “xeyirsiz övlad” deyə bilərik. Murat Boz təəssüf ki, xeyirsiz övladdır. Buna görə ona yol yaxın ikən geri dönməsini Ereğlilər olaraq bildiririk. Xeyirli övlad olsun. Atatürkün respublikasına, onun demokratik parlament formasına sahib çıxmasını gözləyirik”.

Новости

Теги