MTN-in tutduğu məktəb direktoru həbsdə öldü
06.03.2020 09:22Azərbaycanda daha bir məhkum xəstəlikdən ölüb.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, hadisə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada saxlanılan, Böyükxan Nağıyev xəstəlikdən ölüb.
B. Nağıyev ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin 2013-cü ildə keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Cəlilabadda uzun müddət məktəb direktoru və ədəbiyyat müəllimi işləyən B. Nağıyev İrandan qanunsuz yolla Azərbaycana keçirilən külli miqdarda narkotik vasitəni Zaqatala rayonu ərazisində satarkən tutulub.
O, 12 il müddətinə azadlıqdan məhrum edilib.
//apa//

