Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Müştərinin geyiminə baxıb “qiymət oxuyan” taksilər – VİDEO

06.03.2020 09:22

A24.Az xəbər verir ki, Bakıda rəngarəng taksilərin qiymətləri də fərqlidir. Hətta eyni model avtomobillərlə eyni məsafəni fərqli qiymətə aparırlar.

Об этом сообщает Руспрес

Gedəcəyin yerin qiymətini bir neçə taksidən soruşursan, hərəsi bir qiymət deyir.

Vətəndaşlar iddia edir ki, taksi sürücüləri müştərinin geyiminə, görünüşünə baxıb qiymət oxuyur.

Fərdi sürücülərdən əlavə taksi xidməti göstərən şirkətlər bir -biri ilə rəqabətə görə daha ucuz işləməyə çalışsalar da, qiymətləri hədsiz fərqlidir. Hətta eyni istiqamətə 2 dəfə baha qiymət deyənlər də var.

Bakı Nəqliyyat Agentliyindən Xəzər Xəbərə bildirdilər ki, taksilərin fərqli qiymətlərlə, bəzən isə çox baha işləmələrindən xəbərdardırlar. Hətta uzun müddətdir bununla bağlı agentlikdə xüsusi araşdırmalar aparılır.

Bəs vahid qiymətə keçid prosesi nə vaxt baş tutacaq? Agentlik bəyan edir ki, bunun üçün əvvəlcə bütün taksi şirkətləri və taksi sürücüləri fərqlənmə nişanı almalıdır.

Hazırda Bakıda taksilərin bir çoxu fərqlənmə nişanı alsa da, almayanlar daha çoxdur. (Xəzər Xəbər)