Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Mütəxəssisdən təbii qazla bağlı ŞOK AÇIQLAMA: “Tərkibi yoxlanılmır, bu ölkə əhalisinə qarşı “killer”lik etməkdir”

06.03.2020 09:22

Bu gün Xırdalan şəhərində kirayə yaşayan 5 qız dəm qazından zəhərlənərək ölüb. Əvvəlcə dünyasını dəyişən qızların hamısının tələbə olduğu deyilsə də, sonradan onlardan ikisinin tələbə, üçünün isə onların yaxınları olduğu məlum oldu.

Об этом сообщает Футляр от виолончели

Baş verən bu hadisə, eləcə də dəm qazından zəhərlənmə hallarının tez-tez baş verməsi ölkədə qazın keyfiyyəti ilə bağlı məsələləri bir daha gündəmə gətirir.

Əhaliyə verilən qazın keyfiyyəti aşağıdırmı?

Məsələ ilə bağlı A24.Az-a açıqlama verən “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı”nın (NHMT) rəhbəri Mirvari Qəhrəmanlı bildirdi ki, qazla zəhərlənmə halları davam edir. Hər həftə ən azı 5-6 nəfər qazdan zəhərlənir. Və çox təəssüflər olsun ki, bununla əlaqədar Dövlət Kommissiyası təşkil olunmur.

“Ona görə ki, hər gün insanların öldürülməsi (qazla zəhərlənmə öldürülmə deməkdir) bunun aydınlaşdırılması, aşkarlanmaması şübhə doğurur. Bildiyimiz kimi ötən il “Azəriqaz”da islahatlar aparıldı və bu islahatlar çox düşünülməmiş, əsaslandırılmamış islahatlar idi. Qaza nəzarət isə Fövqəladə Hallar Nazirliyinə verildi. Müşahidə etdiyimiz kimi axır 1 ildə evlərdə qazdan istifadənin heç bir qrup insanlar tərəfindən yoxlanılmır. Nə vəziyyətdə olduğu aydınlaşdırılmır”.

Mirvari Qəhrəmanlı əlavə edib ki, əgər bu sovet vaxtındakı qazla eynidirsə, niyə həmin vaxt bu qədər zəhərlənmə hadisəsi baş vermirdi?

“Mən əvvəllər Qum adasında işləmişəm. Biz orda təmizlənməmiş qazdan istifadə edirdik. Örtülü, bağlı yerdə otururduq. Qaynaqçılar tərəfindən əldə düzəldilmiş sobalardan istifadə edirdik. Bir nəfərdə nə zəhərlənmə, nə də baş ağrısı olmurdu. Baş verən hadisələrlə bağlı əlaqədar orqanlar əmməli-başlı yoxlama aparmalıdırlar. O yoxlamalar dəqiq aparılsa, bütün bu suallara cavab tapa biləcəyik. “Azəriqaz”da niyə struktur islahatları aparılıb? Niyə böyük itkilər var? Artıq 3-4 ildir ki, kütləvi zəhərlənmələr davam edir. Bundan ötrü xüsusi komissiya yaradılıb, yoxlanılmalıdır. Bu ölkə əhalisinə qarşı “killer”lik etməkdir. Çox təəssüflər olsun ki, mən bu suala cavab verə bilməyəcəm ki, niyə zəhərləniblər. Bu sualın cavabına məsuliyyətli olan şəxslər var. Xüsusi orqanlar artıq bu işi yoxlamalıdırlar ki, əhalinin bu qədər zəhərlənməsasında nə dayanır”.

Orxan Aslanlı