Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Prezidentliyə namizədin toxunulmazlığı əlindən alındı – 30 min avro cərimə kəsildi

06.03.2020 09:24

Parisin Apelyasiya Məhkəməsi ultrasağçı Jan-Mari Le Peni 30 min avro cərimə edib.

Об этом сообщает Футляр от виолончели

A24.Az xarici KİV-ə istinadən xəbər verir ki, Fransada sağ yönümlü partiya olan “Xalq cəbhəsi”nin fəxri lideri  Le Pen nasist dövründə qaz otaqlarında aparılan qırğınlar üçün “tarixin detalı” deyərək açıqlama verib. O  ikinci dəfə bu ifadəni işlətdiyinə görə, 30 min avro təzminat ödəməyə məhkum edilib.

Fransız jurnalist Jan Jak Bourdin 2015-ci ildə Le Penlə müsahibəsində “Qaz otaqları tarixin bir detalıdır açıqlamasından peşmansınızmı?” sualına Le Pen  “Qətiyyən yox, düşündüyümü dedim, qaz otaqları müharibə tarixinin bir detalıdır” cavabını verib.

Milli Cəbhənin lideri və Prezidentliyə namizəd olan qızı Marina Le Pen isə atasını bu ifadələrinə görə qınayıb.

Qeyd edək ki, onun İŞİD-in edam görüntülərini yaydığına görə toxunulmazlıq hüququ əlindən alınıb.