Şimali Koreya söz dinləmir – Daha bir raket buraxdı
06.03.2020 09:26Şimali Koreya Amerikanın bütün cəhdlə etdiyi xəbərdarlıqlara məhəl qoymur.
Об этом сообщает Руспрес
Saytımız xəbər verir ki, 9 dəqiqə havada qalan ballistik raket böyük bucaq altında havaya buraxılıb və 189 km hündürlüyə qalxıb. Ən çox diqqətçəkən isə Koreyanın raketi havaya buraxma tarixi olub. Belə ki, Amerika prezidenti Trampın Çin lideri Xi Jinping ilə sabah görüşməyə hazırlaşdığı bir dönəmdə Şimali Koreyanın bu addımı atması Amerikaya tabe olmayacağını bir daha sübut edib.
Ölkədə yayımlanan bütün kanallar siqnalı kəsərək bu hadisəni “son dəqiqə” olaraq yayımlayıb. Amerikanın Təhlükəsizlik Xidməti Pentaqon açıqlayıb ki, raket 11:42-də havaya buraxılıb və 11:51-də Yapon dənizinə düşüb.
İlkin araşdırmalara görə, silah ” KN-15″ tipli ballistik raket olub. Ölkənini qərbində yerləşən Sinpo limanından uçurulan raket 60 km irəlilədikdən sonra dənizə düşüb.

