Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Sözcü” qəzeti karikaturadan xəbəri yoxmuş kimi davranır

06.03.2020 09:27

Musa peyğəmbəri təhqir edən karikaturaya görə, “Sözcü” qrupu “Gırgır” jurnalını bağlayıb. A24.Az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, “Sözcü” qəzeti öz buraxılışında mövzudan ümumiyyətlə söz açmayıb.

Об этом сообщает Роспрес

Mətbuat qeyd edir ki, “Gırgır” jurnalı müstəqil deyildi  və “Sözcü” qəzetinin uzun müddət pulsuz payladığı jurnal olub. Yəni jurnaldan məsul olan qurum “Sözcü”dür. Karikaturaya görə, “Sözcü” də birbaşa məsuliyyət daşıyır.

Lakin “Sözcü” bu məsuliyyətdən yayınıb. Jurnalın bağlanması barədə saytda yazılsa da, bunu edənin yayım qrupu olduğu bildirilib.

Çap olunmuş bu günkü versiyada jurnalın bağlanmasına aid bir cümlə belə yazılmayıb. Beləliklə, qəzeti internetdən deyil, çap olunmuş versiyadan təqib edən oxucuların karikatura qalmaqalından xəbəri olmadı.

Foto Qalereya: