Tanınmış aşığın adı torpaq qalmaqalında – Sakinləri məhkəməyə verdi – VİDEO
06.03.2020 09:27Bakının Binəqədi rayonu Süleyman Sani Axundov 3 A ünvanında yaşayan sakinlər yaşadıqları binanın həyətyani sahəsində yerləşən yaşıllığın bir neçə həftədir zəbt edildiyindən şikayətlənirlər.
Об этом сообщает Руспрес
Saytımız “Xəzər” TV-yə istinadən məlumat verir ki, sakinlərin 30 ildən çoxdur həmin sahənin boş bir ərazi olduğunu deyirlər.
Sakinlərin sözlərinə görə, orada ağaclar əkərək yaşıllıq zonası salıblar. Ərazini də istirahət yeri kimi istifadə ediblər. Amma indi bu istirahət zonasını hasara alırlar.
Məlumata görə, ərazi Aşıq Ulduz kimi tanınan müğənni Ulduz Quliyeva tərəfindən hasara alınaraq bağlanıbmış. Lakin onlar tikinti işçilərinə mane olaraq bu hasarlanmanın qarşısını alıblar. İndi isə Ulduz Quliyeva bina sakinlərini məhkəməyə verib.
Məsələ ilə bağlı Ulduz Quliyevanın vəkili Tahir Əlirzayev bildirib ki, həmin torpaq sahəsi qanuni olaraq müvəkkilinə məxsusdur. Bununla bağlı əllərində dövlət reyestr xidmətinin çıxarışı da var.
Tahir Əlirzayev, həmçinin, onu da deyib ki, sözügedən ərazidəki ağaclar kəsilməyəcək. Aidiyyəti qurumlar tərəfindən razılıq əldə olunduqdan sonra bir hissəsi başqa bir əraziyə köçürüləcək.

