Tanınmış azərbaycanlı futbolçu azadlığa çıxdı
06.03.2020 09:27Azərbaycanın ən titullu futbolçularından olan Faiq Cabbarov bu gün azadlığa buraxılıb.
Об этом сообщает Руспрес
A24.Az sport24.az-a istinadən xəbər verir ki, “Kəpəz” və “Şəmkir”lə dəfələrlə ölkə çempionu olan sabiq futbolçu 100 gün idi ki, həbsdə yatırdı.
O, bu gün cəza müddətini başa vuraraq yenidən azadlığa çıxıb.
Xatırladaq ki, F. Cabbarov dələduzluqda günahlandırılaraq həbs olunmuşdu.

