Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Tanınmış jurnalist təltif edildi

06.03.2020 09:27

“Mənim fəaliyyətimə verilən bu yüksək qiymətə görə “Femida H.T. Hüquq Mərkəzi ”nin hüquq eksperti-psixoloq İsmayıl Zalova öz təşəkkürümü bildirirəm”

Об этом сообщает Руспрес

“BTV.az”ın əməkdaşı Cəlilov Təbriz Məhərrəm oğlu “Femida” H.T Hüquq Mərkəzinin İdarə Heyəti tərəfindən ilin mətbuat işçisi və mənəvi dostu diplomu ilə təltif olunub. A24.Az xəbər verir ki, diplomu jurnalist Təbriz Cəlilova “Femida H.T. Hüquq Mərkəzi”nin İdarə Heyətinin sədri, hüquq eksperti, psixoloq, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, tanınmış vəkil İsmayıl Zalov təqdim edib.

“Bu gün “Femida H.T. Hüquq Mərkəzi” tərəfindən ”İlin mətbuat işçisi və mənəvi dostu” adına layiq görüldüm. Mənim fəaliyyətimə verilən bu yüksək qiymətə görə “Femida H.T. Hüquq Mərkəzi ”nin hüquq eksperti-psixoloq İsmayıl Zalova öz təşəkkürümü bildirirəm. Ümidvaram ki, nüfuzlu təşkilat olan “Femida H.T. Hüquq Mərkəzi” ilə əməkdaşlığımız bundan sonra da uğurla davam edəcək və bu cəmiyyətimizə, dövlətimizə böyük töhfə verəcək”,- deyə Təbriz Cəlilov müxbirimizə bildirdi.

Biz də A24.Az kollektivi olaraq öz həmkarımızı bu mükafata layiq görüldüyünə görə təbrik edir,ona yeni-yeni uğurlar arzulayırıq.

Foto Qalereya: